“Qarşımızda özünü şər imperiyası kimi aparan Rusiyanı görürük” Mirşahin Ağayev + VİDEO
Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
Real TV-nin rəhbəri Mirşahin Ağayev son günlər artan siyasi gərginlik fonunda Rusiyanın ünvanına tənqidi fikirlər səsləndirib.
O, Bakıdakı "Rus Evi" başda olmaqla, Rusiyanın və rus mətbuatının Azərbaycana qarşı münasibətini sərt şəkildə tənqid edib.
O, Rusiyanın etməyə borclu olduğu müddəaları belə sıralayıb:"Rusiyanın indi edə biləcəyi 3 şey var – səmimi etiraf, kompensasiya ödəmək və hadisəni tərədənlərin tapılıb cəzalandırılması. Nə qədər ki, bunlar olmayıb, Bakıdakı “Rus evi” özü də qara qutuya bənzəyəcək. Gərək açaq, oxuyaq, şifrəsizləkidrək. Görək orada daha nə qaranlıq mətnlər var? "Rus Evi", Primarkovuna qədər başa düşməlidir ki, rus demişkən Rusiya "aşıbkanı" harada və hansı yüksək səviyyədə buraxıb?".
"İndi biz qarşımızda özünü şər imperiyası kimi aparan Rusiyanı görürük. Bir zamanlar əsaərt altında saxladığı xalqların müstəqilliyi ilə barışa bilməyən, öz şovinizmini yendiən mumyadan çıxaran 20 yanvar Rusiyası. Elə olmasa idi bu ölkənin mediasında başalanan nəhəng anti-Azərbaycan kampaniyası da olmazdı. Azərbaycanın ləyaqəti var və bu ləyəqətini qoruyur. Rusiyanın da ləyaqəti var. O, bu ləyaqəti ən azı Azərbaycan qədər qorumalıdır. Yoxsa ayıbdır! Ayıb da olsun!",-deyə o, bildirib.
Ətraflı sujetdə:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 10 Fevral 2025 15:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















