Qaşqaylar Əliyevin sözlərinə dərhal reaksiya verdilər
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Noyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağındakı çıxışı Güney Azərbaycan və İranda yaşayan türklərin sosial media kanallarında geniş yayılıb.
Axar.az xəbər verir ki, çıxış azərbaycanlılarla yanaşı, qaşqayların da rəğbətini qazanıb.
Qaşqay türklərinə məxsus media orqanlarında, xüsusən “Baydaq” kanalında İlham Əliyevin Azərbaycan dili ilə bağlı çıxışı təqdim edilib, bunun ardınca çıxışın həmin hissəsi onlarla sosial media kanalında yayılıb.
Qeyd edək ki, Prezident Əliyev əsasən bu sözləri daha çox yayılıb:
“Hər bir millət, hər bir xalq üçün onun ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır. Bizim dilimiz qədimdir. Yenə də deyirəm, 50 milyondan çox insan üçün ana dilidir, çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 04 Noyabr 2025 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















