“Qatar Airways” “Skytrax” da dünyanın ən yaxşı aviaşirkəti seçildi
Oxumeni.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Qatar Airways”, tez-tez "aviasiya sənayesinin Oskarı" olaraq adlandırılan “Skytrax” siyahısında yenidən dünyanın ən yaxşı aviaşirkəti seçildi.
Bu siyahıda “Singapore Airlines” ikinci, “Cathay Pacific Airways” isə üçüncü olduğu bildirilir.
“Emirates” aviaşirkəti dördüncüdür. Yaponiyanın “All Nippon Airways” (ANA) aviaşirkəti isə beşinci yerdə qərarlaşıb. “Turkish Airlines” (Türk Hava Yolları) siyahıda altıncı yerdədir və Avropanın ən yaxşı aviaşirkəti seçilib.
“Azərbaycan Hava Yolları” dünyanın 100 ən yaxşı aviaşirkəti siyahısında 50-ci yerdədir.
Bundan əlavə, “Qatar Airways”-in biznes-klassı dünyanın ən yaxşısı, “Al Mourjan Garden” gözləmə salonu isə dünyanın ən yaxşı gözləmə biznes-klass salonu seçilib.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 30 İyun 2025 15:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















