Qatar yoluna qəfil çıxdı Sıxlıq yarandı
Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu gün Bakı-Sumqayıt qatarının Xırdalan stasiyasında sıxlıq yaranıb.
Bakupost.az "Qafqazinfo"-ya istinadla xəbər verir ki, sərnişinlərin bildirdiyinə görə, sıxlığa səbəb naməlum şəxsin qatar yoluna çıxması olub.
Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC ilə əlaqə saxladıq.
Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, bu gün səhər saatlarında Sumqayıt-Xırdalan-Bakı marşrutu üzrə hərəkətdə olan qatarın qarşısına Xırdalan istiqamətində qəfildən insan çıxıb.
“Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub. Əraziyə baxış keçirilən zaman həmin şəxs aşkar edilməyib.
ADY bir daha insanlara çağırış edərək onları dəmiryol xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 15 Yanvar 2025 10:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















