Qatarda güclü PARTLAYIŞ 16 nəfər həlak oldu
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Pakistanın Kvetta şəhərində qatarın partladılması nəticəsində azı 16 nəfər həlak olub və daha bir neçə nəfər yaralanıb.
Moderator.az xəbər verir ki, bu barədə yerli polisə istinadən "Associated Press of Pakistan" məlumat yayıb.
Məlumata görə, hadisə Çaman Phatak bölgəsindən keçən dəmir yolu xəttində qeydə alınıb. Bildirilir ki, sərnişinlər Qurban bayramını qeyd etmək üçün doğma yurdlarına gedirdilər.
Bütün xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Polisin məlumatına görə, partlayış nəticəsində dəmir yolu xətti boyu park edilmiş nəqliyyat vasitələri də zədələnib.
Hadisə yerinə polislər və xilasedicilər cəlb edilib. Faktla bağlı araşdırma aparılır.
Baxış sayı:161
Bu xəbər 24 May 2026 11:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















