Icma.az
close
up
RU
Qatarlar arasında interval endirildi ŞOK RƏQƏM

Qatarlar arasında interval endirildi ŞOK RƏQƏM

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC sentyabrın 15-dən etibarən tətbiq ediləcək payız-qış hərəkət qrafikinə əsasən, metropoliten tarixində ilk dəfə pik saatlarda qatarlar arasında intervalı 1 dəqiqə 45 saniyəyə endirəcək.

Bakıvaxtı.az bu barədə qurumdan məlumat əldə edib.

Bildirilib ki, bu göstərici 1 saat ərzində hər iki istiqamətdə 34 cüt qatarın hərəkət etməsi prinsipi ilə əldə olunub və beləliklə, son bir il ərzində ikinci dəfə tarixi rekord qırılıb.

Məlumata görə, cari ilin may ayında mövcud texniki imkanlar çərçivəsində aparılmış təkmilləşdirmələr nəticəsində interval pik saatlarda 1 dəqiqə 52 saniyəyə endirilmişdi. İndi isə rəqəmsallaşma sahəsində tətbiq olunan yeniliklər sayəsində qatarların hərəkəti daha da sıxlaşdırılıb.

Texniki və rəqəmsal yeniliklər metropolitenin sərnişindaşıma potensialını artırır. Beş vaqondan ibarət bir qatarın maksimal tutumu 1 600 nəfər olduğu halda, 34 cüt qatarın eyni vaxtda hərəkəti nəticəsində pik saatlarda əlavə 6 400 sərnişin daşına bilər. Yeni qrafik üzrə təşkil olunmuş 34 cüt qatarın dövriyyəsi ilə təxminən 4,5 saat ərzində 28 800 sərnişin daşınacaq. İş günləri nəzərə alınmaqla, bu, illik hesabla 8 milyondan çox əlavə sərnişin daşınması imkanını təmin edəcək.

Qeyd olunub ki, yeni qrafikə əsasən “28 May–Əhmədli” sahəsində:

İş günləri səhər (07:30–09:30) və axşam (17:00–19:30) pik saatlarda interval 1 dəqiqə 45 saniyə olacaq.

Səhər 07:00–07:30 aralığında interval 1 dəqiqə 52 saniyə, 09:30–10:00 aralığında isə 2 dəqiqə olacaq.

Axşam 19:30–20:00 aralığında interval 2 dəqiqəyə qədər saxlanılacaq.

Diqqətə çatdırlıb ki, müvafiq normativ və təhlükəsizlik standartları nəzərə alınmaqla son bir ay ərzində aparılan sınaqlar uğurla başa çatdırılıb.

Metropolitenin rəhbərliyi bildirib ki, pik saatlarda intervalın azaldılması sərnişinlərin rahat və təhlükəsiz hərəkətini təmin etməklə yanaşı, proqnozlaşdırılan sərnişin tələbatının ödənilməsinə də əlavə imkanlar yaradır. Bakı Metropoliteni bundan sonra da xidmət keyfiyyətinin yüksəldilməsi və sərnişinlərin daha çevik hərəkətinin təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 12 Sentyabr 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see545

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see406

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see298

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see293

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see287

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see279

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see269

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see268

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see256

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see247

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see235

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see228

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see221

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see201

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see192

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see185

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see184

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see183

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see174

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri