Qatlanan iPhone nun qiyməti bilindi Ən bahalı kompüterindən daha BAHADIR
News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Apple şirkəti yaxın iki il ərzində qatlana bilən smartfon buraxmağı planlaşdırır.
News24.az xəbər verir ki, bu barədə "Appleinsider" məlumat yayıb.
Mütəxəssislərin hesablamalarına görə, ilk qatlanan displeyli iPhone-un qiyməti ən azı 2300 dollar olacaq. Müqayisə üçün qeyd edək ki, flaqman iPhone 16 Pro Max 1200 dollardan, ən güclü Apple Mac Studio kompüteri isə 2000 dollardan başlayır.
Bildirilir ki, qatlana bilən smartfonun bahalı hissələri var. Eyni zamanda, daha böyük yaddaş tutumu olan daha təkmil versiyalar bir neçə yüz dollar baha başa gələcək. Analitiklər cihazın qiymətini Apple-ın Asiyadakı tədarük zəncirini təhlil edərək öyrənib. Bu məlumat onlara ilk qatlana bilən iPhone-un 2026-cı ilin sonu və ya 2027-ci ilin əvvəlində mövcud olacağını anlamağa kömək edib.
"Appleinsider" jurnalistlərinin fikrincə, qatlanan Apple smartfonunun qiyməti rəqabət qabiliyyətli modellərlə müqayisədə həddindən artıq yüksək olacaq. /baku.ws
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 19 Mart 2025 20:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















