Qax Dövlət Kukla Teatrında yeni tamaşa hazırlanır AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Qax, 13 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Qax Dövlət Kukla Teatrında italyan yazıçısı Karlo Kollodinin “Pinokionun sərgüzəştləri” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa üzərində məşqlər davam edir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın baş rejissoru, Əməkdar artist Yusif Abdurahmanov məlumat verib.
Dövlət sifarişi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Y.Abdurahmanov, quruluşçu rəssamı Mayis Abdullayev, musiqi tərtibatçısı Nicat Fətəliyevdir. Tamaşada Pinokio obrazını Aynurə Abbasova, usta Cepetto obrazını isə Azər Kərimov ifa edirlər. Canlı aktyor və kukla oyununun sintezi əsasında hazırlanan səhnə əsərində, həmçinin Rahib Məmmədov, Cəbrayıl Quluşov, İlmar Abdullayev, Məlahət Məmmədova, Elnurə Əliyeva, Fidan Mahmudzadə, Elnarə Razıyeva və digər aktyorlar da rol alıblar.
Tamaşa birinci rübün sonunadək uşaqlara təqdim ediləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 13 Yanvar 2025 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















