Qaxda AĞIR QƏZA: körpə öldü, anası və digər azyaşlı xəsarət aldı FOTOLENT
Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qax rayonunda yol qəzası olub.
Lent.az-ın məlumatına görə, hadisə bu gün 17 radələrində Qax-Qorağan avtomobil yolunda, Əmircan kəndi ərazisində baş verib. Rayonun Turaclı kənd sakini 25 yaşlı Günay Hüseynovanın idarə etdiyi “Nissan” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.
Nəticədə avtomobildə olan iki ay yarımlıq körpə aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Sürücü G. Hüseynova və iki yaşlı qız övladı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.



Qaxda qəza Körpə öldü (FOTO)
12 Noyabr 2024 17:40
Qaxda qəza Körpə öldü (YENİLƏNİB)
12 Noyabr 2024 18:23
Qaxda avtomobil ağaca çırpılıb, körpə ölüb, anası və digər azyaşlı xəsarət alıb
12 Noyabr 2024 18:32
Ələt Astara magistralında hərəkət dayandı AĞIR QƏZA FOTOLENT VİDEO
31 Mart 2025 13:46
Salyanda AĞIR QƏZA: Sürücü öldü
12 Dekabr 2024 07:40

