Icma.az
close
up
RU
Qaxda günlük ev qiymətləri “OD TUTUB yanır” Dincəlmək neçəyə BAŞA gəlir?

Qaxda günlük ev qiymətləri “OD TUTUB yanır” Dincəlmək neçəyə BAŞA gəlir?

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Ölkəmizdə il boyu işləyib, dincəlmək üçün yay tətilini səbirsizliklə gözləyən xeyli sayda insan var. Onların bir qismi adətən dincəlmək üçün yerli turizm bölgələrinə üz tuturlar.
Bəs həmin turizm bölgələrində insanların dincəlməsi üçün nəzərdə tutulan kirayə evlər onların büdcəsinə nə qədər uyğundur və bu il bölgələrdə qiymətlər hansı səviyyədədir?
Bu suala cavab tapmaq üçün Azərbaycanın ən gözəl guşələrindən biri sayılan Qaxa üz tutduq. İlk öncə rayonun ən turistik kəndi olan İlusu sakini ilə həmsöhbət olduq.
Kənd sakini Telman Abdullayevin Bizim.Media-ya verdiyi məlumata görə kirayə evlərin qiyməti keçən ildəkindən nisbətən qalxıb.
O, bunun səbəbini kommunal xidmət qiymətlərinin qalxmasında görür:
“Kəndimizdə evlər müxtəlif qiymətə kirayə verilir. Bu onun şəraitindən və yerləşmə yerindən asılıdır. Kəndimizdə elə küçələr var ki, çox dardır və gələn qonaqlar üçün maşın saxlamaqda, hərəkət etməkdə maneçilik törədir və bu da qiymətlərdə də öz təsirini göstərir. Bundan başqa evin şəraitindən və təmizliyindən də çox şey asılıdır.
Məsələn biz otağın birini bir gecəlik 30 manata verirdiksə, bu il 35-40 manatdır. Bir otaqda 4-5 nəfər qala bilir. Amma evi bütövlüklə verəndə 100 manata veririk. Evləri bizdən də baha qiymətə verən insanlar var.
O da onun şəraitindən asılıdır. Kirayə ev qiymətlərin bahalaşmasına digər bir səbəb də yuyucu vasitələrinin qiymətinin qalxması olub. Çünki yoldaşım müştərini məmnun etmək üçün daimi yorğan-döşəyi, sanitar qovşağını və evi təmiz saxlamağa çalışır. Buna görə xərcləri nəzərə alaraq qiymətlərdə artım etmək məcburiyyətində qaldıq”.
Qaxın Qaxbaş sakini Gülbəniz Qurbanovanın sözlərinə görə isə qiymətlər  evdə qalacaq  adam sayına və qaldığı gündən asılı olaraq dəyişir:
“Mən illərdir ki, evlərimi və koteclərimi kirayə verirəm. Demək olar ki, ilin bütün fəslində qonaqlarım olur. Məndən evin qiymətini soruşanda ilk sualım neçə gün qalacaqları və neçə nəfər qalması olur. Evdə 17 nəfərə qədər adam qala bilər. Adam sayı və qaldığı müddət çox olarsa, bu qiymətə təsir edə bilir. 10 nəfərə qədər 150 manat, 10 nəfərdən 20 nəfərə, yəni rahat 3-4 ailə birləşib qala biləcək say olanda qiymət 200 manata qədər dəyişir. Koteclərdə isə qiymətlər standart 150 manatdır”,– deyə Gülbəniz xanım əlavə edib.
Biz eyni zamanda burada yerləşən hotellərdəki qiymətlərlə də maraqlandıq. Əksər hotellərdən 2 nəfərlik 60-70, 3-4 nəfərlik otağın səhər yeməyi ilə birgə isə 100-120 manat arasında dəyişdiyini bildirdilər.
Əlavə olaraq rayon ərazisində yerləşən aylıq və günlük evlərin də qiyməti ilə maraqlandıq. Məlum oldu ki, rayon mərkəzində evlər əgər aylıq verilirsə, 1 ayı 400-500 manata, günlük isə 30-40 manat arası dəyişir.
Qeyd edək ki,  Zaqatala və Balakən rayonlarında da kirayə evlərin qiyməti heç də Qaxdan geri qalmır.
 
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 İyul 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see181

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see170

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see162

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see149

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see146

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see144

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see134

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri