Icma.az
close
up
RU
Qaxda kişi barışmaq istəməyən keçmiş arvadını döydü TƏFƏRRÜAT

Qaxda kişi barışmaq istəməyən keçmiş arvadını döydü TƏFƏRRÜAT

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qax rayonunda 1994-cü il təvəllüdlü Əmrah ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı keçmiş həyat yoldaşı Ləmana (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə 14 sentyabr 2025-ci ildə Qax şəhərində yerləşən gözəllik salonunda baş verib. 
Yevlax rayon sakini Əmrah Ləmanın onu salondan qovması səbəbindən aralarında yaranmış mübahisə zamanı ona baş və bədən nahiyəsinə bir neçə dəfə yumruq, təpiklə vurub. 
Hadisəni törədən Əmrahın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Əmrah ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, təxminən hadisədən 2-3 ay əvvəl keçmiş həyat yoldaşı Ləman ilə rəsmi qaydada boşanıblar: “Boşanmağımıza səbəb ailədə tez-tez baş verən söz söhbətlər olub. Ayrıldıqdan sonra aramızda olan söz-söhbət davam etdi. Dəfələrlə Ləman ilə telefonda danışaraq barışmaq istədiyimi dedim. Lakin o, mənimlə razılaşmadı və bu söhbətə görə mübahisə etdik”. 
Əmrah qeyd edib ki, sentyabrın 14-də, təxminən saat 17:00-da keçmiş həyat yoldaşı Ləmanın işlədiyi gözəllik salonuna getmək və orada onla söhbət etmək qərarına gəlib: “Həmin gün, təxminən saat 17:00-da Ləmanın işlədiyi yerə getdim. Salonun qapısını açanda onun telefonla kiminləsə danışdığını gördüm. Salonda heç kəs olmayıb. Ondan kimlə danışdığını soruşdum. Mənə aqressiv cavab verərək salonu tərk etməyimi dedi. Bu sözdən əsəbləşərək onun əlində olan telefonu aldım və yerə vuraraq qırdım. Əsəblərimə hakim ola bilmədim və onunla mübahisə etməyə başladım. Mübahisə böyüdü və onun sifət nahiyəsinə yumruqla, bədən nahiyəsinə isə təpiklə vurmağa başladım. Ləman ağladığı üçün salonu tərk edərək getdim”.
Qax Rayon Məhkəməsinin qərarı ilə Əmrah 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası alıb. Təqsirləndirilən şəxsin cəza çəkdiyi müddət ərzində yaşayış yerinin hüdudlarını tərk etməsi, yəni, gecə saat 23:00-dan səhər saat 07:00-dək yaşadığı evi tərk etməsi, həmçinin Yevlax rayonu ərazi hüdudlarını tərk etməsi qadağan olunub. 
Bundan əlavə, təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək tapşırılıb. 
Həmçinin onun üzərinə müvafiq məhkəmə qərarı olmadan yaşayış yerin dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub. 
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 Dekabr 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri