Icma.az
close
up
RU
Qaxda Peşə festivalı “İstedadını peşəyə çevir!”

Qaxda Peşə festivalı “İstedadını peşəyə çevir!”

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qax, 1 iyun, AZƏRTAC

İyunun 1-də Qax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Dövlət Məşğulluq Agentliyinin Şəki-Zaqatala Regional filialı və Qax Peşə Liseyinin dəstəyi ilə Qax şəhərinin qədim tarixi hissəsində - “İçəribazar” kompleksində Peşə festivalı keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “İstedadını peşəyə çevir!” devizi ilə təşkil edilən festival gənclərin və məktəblilərin peşə seçiminə, onların karyera istiqamətində doğru addım atmalarına dəstək olmaq məqsədi daşıyıb.

Festival iştirakçıları əvvəlcə Qax Peşə Liseyində ayrı-ayrı peşələr üzrə təhsil alan tələbələrin, həmçinin rayonun ümumtəhsil məktəblərinin şagirdlərinin əl işlərindən ibarət sərgilərə baxıb, sənətkarlıq nümunələri ilə tanış olub, müxtəlif peşələr üzrə ustad dərsləri izləyiblər.

Tədbirdə Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Aqrar İnnovasiya Mərkəzinin rəhbəri Anar Cəfərov, Şəki-Zaqatala Regional Məşğulluq filialının müdiri Abdulla Kərimov və Qax Peşə Liseyinin direktoru Səbuhi Bilalov çıxış edərək, əmək bazarında aktual olan peşələrin gənclərə və yeniyetmələrə tanıdılmasında belə tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıblar. Qeyd olunub ki, festivalın keçirilməsində əsas məqsəd iştirakçılara müasir peşələr və gələcəyin iş sahələri barədə ətraflı məlumat vermək, cəmiyyətdə peşə təhsilinin nüfuzunu qaldırmaq və gəncləri bu sahəyə cəlb etmək, yeniyetmə və gənclərin öz bacarıq və maraqlarına uyğun sahələri tapmasına kömək göstərməkdir.

Diqqətə çatdırılıb ki, Qax Peşə Liseyinin qarşısında duran əsas məqsəd rayonda əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması prosesinə dəstək verməkdir. Təhsil müəssisəsində əsasən turizm, kənd təsərrüfatı, sənaye və digər sahələr üzrə peşə ixtisaslarının tədrisi həyata keçirilir. Liseydə mehmanxana inzibatçısı, turizm təşkilatçısı, təmirçi-çilingər, aşpaz, dülgər, tornaçı, mebel ustası, dərzi, aqroservis mütəxəssisi və digər ixtisaslar üzrə, ümumilikdə, 16 ixtisas üzrə 17 qrupda 270 tələbə təhsil alır. Növbəti illərdə qrupların sayının 22-yə, tələbələrin sayının isə 440-a çatdırılması nəzərdə tutulur. Eyni zamanda, dual təhsil proqramının əhatə dairəsinin daha da genişləndirilməsi planlaşdırılır.

Çıxış edənlər Peşə festivalının çox əlamətdar bir günə - 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə təsadüf etdiyini xüsusi vurğulayaraq, ölkəmizdə uşaqların qayğısız böyümələri üçün hər cür şəraitin yaradıldığını bildirib, uşaqları təbrik edib, onlara Vətənimizə layiq övladlar kimi yetişməyi arzulayıblar.

Festival rayonun uşaq musiqi və rəqs kollektivlərinin hazırladığı konsert proqramı ilə başa çatıb.

Müxbir – Mustafa Dadaşov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 İyun 2026 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see317

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see316

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see307

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see298

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see281

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see265

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see258

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see247

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see214

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see214

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see207

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see206

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see202

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see200

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see192

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see189

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see188

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see183

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see181

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri