Icma.az
close
up
RU
Qaxda sarağan ağaclarının ecazkar payız mənzərəsi FOTOREPORTAJ

Qaxda sarağan ağaclarının ecazkar payız mənzərəsi FOTOREPORTAJ

Icma.az, Bizim media saytına istinadən bildirir.

Qaxda sarağan ağaclarının yaratdığı mənzərə görənləri heyrətləndirir. İlin bütün fəsillərində bənzərsiz təbiəti ilə göz oxşayan Qax rayonunda payız başqa bir gözəlliyi, mənzərəsi ilə diqqəti cəlb edir. 
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, xüsusən oktyabr və noyabr aylarında Şəki-Qax avtomobil yolunun Qax şəhəri istiqamətində təbiət sanki dil açıb insanla danışır. 
Böyük Qafqazın ətəklərinə sığınan Qaxa gələrkən Kürmük çayını keçən andan sanki bir sehrli mənzərə ilə qarşılaşırsan. Hava küləkli olmasaydı elə bilərdin bu mənzərəni rəssam tabloda əks etdirib. 

Hər dəfə avtomobillə yoldan keçərkən burada səliqə-sahmanlama işləri aparıldığını, ərazinin nizamında olduğunu, bağbanların gün ərzində çalışdığını görmək mümkündür.

Gördüyü işdən zövq alan bağban müsahibim Elşad Əhmədov sarağan ağacının yaz fəslində başqa bir gözəlik yaratdığını, payızda isə dekabr ayına kimi yarpaqları ilə təbiətə sanki meydan oxuduğunu bildirir. Bağban onu da diqqətə çatdırır ki, Kürmük çayından üzü Zaqatala istiqamətində 5 km-ə yaxın bir məsafəni hissə-hissə belə gözəlliyə qərq etmək, insanlarda xoş-əhval ruhiyyə yaratmaq istəyirlər. Təkcə bu il xeyli sayda yeni sarağan tingləri əkiblər. 

Yeri gəlmişkən bu əraziləri mal-qaradan, qoyun-quzudan qorumaq üçün Elşad Əhmədov həmkarları ilə səhərdən axşama kimi ərazidə bir əsgər kimi keşik çəkdiklərini də bildirir.

Müsahibim onu da deyir ki, hava bu qədər güləkli olmasaydı mütləq indi yoldan keçənlər dayanıb bu gözəlliyi telefonun kamerasına çəkməmiş keçməyəcəkdilər. 
Payız mənzərəsindən, yaşıllıq zolağından söhbət düşmükən Kürmük çayı ətrafında həyata keçirilən bir xeyrxah əməl haqda da danışmaq yerinə düşər. 8 il əvvəl Kürmük çayın yararsız daşlıq və gilli ərazisində xan çinar və sərv ağaclarının əkini aparılmağa başlanarkən heç kəs inanmırdı ki, qarşıdakı bir neçə ilə bu ərazilər yaşıllığı ilə göz oxşayacaq. Üzərindən illər keçəndən sonra Kürmük çayı üzərindəki körpüdən ərazini seyr edərkən insan zəhmətinin hədər getmədiyinə inanırsan. 

Sarağan ağacının qızılı payız mənzərəsindən bəhs etmişkən onun sənayedəki əhəmiyyətini də vurğulamaq yerinə düşər.

Görkəmli Azərbaycan maarifçisi, dramaturqu və etnoqrafı Rəşid bəy Əfəndiyev özünün “Azərbaycanın Şəki əyalətində ipəkçilik oçerki”ndə Şəkini Çinlə eyni səviyyədə tutaraq ipəkçiliyin vətəni adlandırıb və ipəyin keyfiyyətli və təbii alınmasında sarağan boyasının xüsusiyyətlərindən bəhs edib. Bunu bəzi tarixi mənbələr də təsdiq edir. 
Təsadüfi deyil ki, 2014-cü ilin noyabr ayında Azərbaycan kəlağayısı UNESCO-nun Bəşəriyyətin qeyri maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına “Qadın ipək baş örtüyü kəlağayını ənənəvi hazırlanma və daşınma mədəniyyəti və onun simvolikası” adı ilə daxil edilib.





Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:239
embedMənbə:https://bizim.media
archiveBu xəbər 15 Noyabr 2024 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri