Icma.az
close
up
RU
Qaxın həbs edilən icra başçısı ilə bağlı ŞOK FAKTLAR

Qaxın həbs edilən icra başçısı ilə bağlı ŞOK FAKTLAR

Icma.az, Tribuna portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Qax rayonunun icra başçısı Musa Şəkiliyevlə bağlı yeni məlumat daxil olub.

Tribunainfo.az xəbər verir ki, Publika.az-ın əldə etdiyi məlumata görə, Musa Şəkiliyev baş nazirin köməkçisi Əhməd Əhmədzadənin, həmçinin Zaqatala rayonunun icra başçısı Mübariz Əhmədzadənin xalası oğludur. Mübariz Əhmədzadə ilə Əhməd Əhmədzadə qardaşdır.

Qeyd edək ki, Musa Şəkiliyev 2010-cu ildə Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevi həbs edib. O, vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmə və digər korrupsiya cinayətlərində şübhəli bilinir.

Bakupost.az -ın məlumatına görə, vəzifəyə təyin olunduğu vaxtdan Musa Şəkiliyev indiyə qədər mənfi əməlləri ilə dəfələrlə mətbuatın gündəminə gəlib.

Barəsində yayılan faktlar göstərir ki, Musa Şəkiliyev təkcə dövlət vəzifəsində uzun müddət çalışması ilə deyil, həm də vətəndaşlara qarşı saymazyana münasibəti və qohumluq əlaqələri ilə diqqəti çəkib.

Qeyd edək ki, 1959-cu il sentyabrın 23-də Qax rayonunda anadan olan Musa Şaban oğlu Şəkiliyev 1976-cı ildə Qax şəhər 1 saylı orta məktəbini bitirib, sonra Rostov vilayətinin Novoçerkassk şəhərində yerləşən Novoçerkassk Mühəndis-Meliorasiya İnstitutuna daxil olub. 1981-ci ildə meşə təsərrüfatı mühəndisi ixtisası üzrə ali təhsilini başa vuraraq əmək fəaliyyətinə Qax Meşə Təsərrüfatı İdarəsində meşə ustası kimi başlayıb. Növbəti illərdə müxtəlif dövlət vəzifələrində çalışıb, o cümlədən İlisu Dövlət Qoruğunun direktoru, Qax Meşə Təsərrüfatının direktoru və Ekologiya və Təbii Sərvətlər Nazirliyində yüksək vəzifələrdə olub.

2010-cu ildə Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilən Musa Şəkiliyev uzun illər bu postu tutub. Lakin onun fəaliyyəti əsasən, neqativ hallarla yadda qalıb.

Musa Şəkiliyev tanınmış məmurlarla yaxın qohumluq əlaqələrinə malikdir. O, Baş nazirin köməkçisi Əhməd Əhmədzadənin və Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin xalası oğludur. Qeyd edək ki, Əhməd və Mübariz Əhmədzadələr qardaşdır.

Şəkiliyevin tənqidə tuş gəlməsinə səbəb olan ən bariz nümunələrdən biri 2024-cü il mayın 20-də baş verib. Həmin gün Uzuntala kəndində keçirilən səyyar qəbul zamanı icra başçısı və onun ətrafındakı vəzifəli şəxslər kölgədə yerləşdirilmiş rahat stullarda oturduqları halda, görüşə gələn kənd sakinləri, əsasən də yaşlı insanlar günəşin altında saatlarla gözləməli olublar. Daha da acınacaqlısı odur ki, yaşlı kənd sakinləri bağçalarda istifadə olunan uşaq stullarında əyləşdiriliblər. Bu xoşagəlməz görüntü sosial şəbəkələrdə geniş yayılıb və ciddi ictimai narazılıq doğurub.

İcra başçısının sərgüzəştləri bununla da bitmir. 2021-ci ildə müğənni Vüqar Muradov Musa Şəkiliyevi istefaya çağırıb. Müğənni feysbuk paylaşımında bildirib ki, icra başçısı şəhid polkovnik-leytenant Sadiq Məmmədovun ailəsinə “Əvvəl necə kasıb yaşamısınız, indi də elə yaşayın” deyib. Vüqar Muradovun sözlərinə görə, Musa Şəkiliyev şəhid ailələri və qazilər üçün ayrılan pulları mənimsəyib.

O da qeyd olunur ki, rayona rəhbərlik etddiyi 15 il müddətində Musa Şəkiliyevin müxtəlif vəzifələrə təyinatları rüşvət qarşılığında apardığı, rayona ayrılan pulları mənimsədiyi, eləcə də qulluq mövqeyindən istifadə edərək, rayonda və ölkənin digər ərazilərində xeyli biznes obyektləri açdığı və mülklər aldığı bildirilir.

Məsələn, mediada yer alan iddialara görə, Qax rayon İcra Hakimiyyətinin tenderlərinin ənənəvi qaliblərindən biri “RENAT-R” MMC adlı şirkət olub. Şirkət 2013-cü ildə qeydiyyatdan keçirilib. Qanuni təmsilçisi Qaxda qeydiyyatda olan Qurbanov Elşən Şövkət oğludur. Qaxın icra başçısı Musa Şəkiliyev bu şirkətə indiyədək abadlıq və təmir-tikinti işləri adı ilə 1 milyon manata yaxın dövlət satınalması yönəldib. Bundan başqa, Şəkilyevlərin tender şirkətinin qanuni təmsilçisi Qurbanov Elşən Şövkət oğlunun adı həm də Qax rayonu üzrə “DOST İş Mərkəzi” MMC-dən əməkhaqqı alan ictimai işçilərin siyahısındadır.

Bundan başqa rayondan olan 40-a yaxın fermerin şikayəti də bir müddət mətbuatda gündəm oldu. Onların bildirdiyinə görə, icra başçısı “dövlət maraqları”nı əsas gətirərək fermerlərə məxsuz minlərlə hektar torpaqları özünə məxsus MMC-yə verib.

Bundan başqa, zəngin turizm potensialına malik Qaxda bir mehmanxana, “Şəfa” istirahət və müalicə ponsionatı, “İlisu” ponsionatı, “Yaşıl park”, “Ulu”, “İmproteks”, “Ballı bulaq”, “Qafqaz”, “Eden” Park hotel, “Səngər qala” istirahət mərkəzi, “El Resort” beş ulduzlu otel, “Ulu dağ” turizm mərkəzlərinin Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin nəzarətində olduğuna dair iddialar var.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 20 İyun 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see190

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see189

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see157

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see139

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see132

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see130

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see127

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see126

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

07 Noyabr 2025 07:36see125

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see125

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see124

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see124

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see124

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see123

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see122

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri