Qaxın iki kəndində güclü külək və yağış fəsadlar törədib
Icma.az, Azertag saytına istinadən bildirir.
Qax, 12 may, AZƏRTAC
Ötən gün axşama doğru Şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti müşahidə olunub. Qax şəhəri və ona yaxın Qaxbaş və Qaxingiloy kəndlərində əsən güclü külək, leysan yağışları və qısamüddətli dolu bir sıra fəsadlar yaradıb.
Rayon Fövqəladə Hallar Komissiyasından AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata əsasən, güclü külək nəticəsində Qaxbaş və Qaxingiloy kəndlərin ərazisində bir neçə irigövdəli ağacı aşırıb, elektrik enerjisinin verilməsində fasilə yaranıb. Həmçinin həmin kəndlərdə bir neçə evin və yardımçı tikililərin dam örtüyünün bir hissəsinə ziyan dəyib. Müvafiq qurumlar tərəfindən dərhal tədbir görülərək elektrik enerjisinin verilməsi bərpa olunub. Hazırda rayonun yaşayış məntəqələrində elektrik enerjisi, mavi yanacağın verilməsində heç bir məhdudiyyət yoxdur.
Komissiyadan o da bildirilib ki, qarşıdakı günlərdə qeyri-sabit hava şəraitinin davam etməsi nəzərə alınaraq rayon ərazisindən axan dağ çaylarının yaxınlığına ehtiyat ağır texnikalar cəlb olunub, müvafiq qurumların əməkdaşları növbəlilik əsasında iş rejiminə keçib.
Baxış sayı:81
Bu xəbər 12 May 2025 01:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















