Qayçuk solçuları ətrafına toplayır
Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.
“Moldova naminə” platformanın təsisçisi Viktor Qayçuk müxalifətin vahid blokunu yaradır.
Reyting.az yerli mediaya istinadla xəbər verir ki, Moldovanın keçmiş müdafiə naziri Viktor Qayçuk müxalifət nümayəndələrini parlament seçkiləri öncəsi fikir ayrılıqlarını bir kənara qoyaraq birləşməyə çağırıb.
Xatırladaq ki, Moldovada parlament seçkiləri sentyabrın 28-nə təyin edilib. “Moldova naminə” təşkilatı bundan əvvəl parlament seçkilərində iştirak etmək üçün müxalifət qüvvələrinin vahid blokunun yaradılmasını təklif etmişdi. Təşəbbüs müəlliflərinin fikrincə, müxalifət qüvvələrinin birləşməsi indiki hakimiyyətlə effektiv mübarizə üçün lazımdır. Bu ideya Sosialist Partiyası, “Moldovanın ürəyi”, Kommunist Partiyası və “Moldovanın gələcəyi” tərəfindən dəstəklənib.
V. QULİYEV
Baxış sayı:126
Bu xəbər 10 İyun 2025 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















