Qayda pozan sürücü qəza törədib qaçdı Polis onu axtarır VİDEO
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Sağını gözləməyən avtomobil sürücüsü qəza törədib. Avtosfer.az xəbər verir ki, Türkiyənin Tekirdağ bölgəsində baş verən hadisə kameraya düşüb. Belə ki, Çorlu şəhər sakini Devran K.-nın idarə etdiyi “Renault” markalı avtomobillə hərəkətdə olan zaman sağını gözləməyərək yol kəsişməsinə daxil olub və sağ yoldan gələn Umut D.-nin idarə etdiyi motosikletlə toqquşub. Zərbənin təsirindən motosikletli avtomobilin üzərindən uçaraq asfalta çırpılıb. Qəzadan sonra avtomobildən enən sürücü və sərnişini yerdə yaralı vəziyyətdə qalan motosikletçiyə baxdıqdan sonra hadisə yerini tərk ediblər. Ətrafdakı digər vətəndaşların çağırışı ilə hadisə yerinə təcili tibbi yardım gəlib. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb. Polis qaçan sürücünün yaxalanması istiqamətində əməliyyat-axtarış təbirləri həyata keçirir.
Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 30 Dekabr 2025 23:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















