Qayda pozmaqdan bezmədi, maşının önünü kəsib “əcəb edirəm” də dedi 90 MA 950 VİDEO
Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Paytaxtın Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsində qayda pozan sürücünün görüntüsü videoqeydiyyatçıya düşüb.
Başına gələn xoşagəlməz halla bağlı izləyici Avtosfer.az-ın “Whatsapp” ünvanına müraciət edib. Hadisə aprelin 13-də saat 16:42 radələrində qeydə alınıb. Hərəkətdə olan 90-MA-950 dövlət nömrə nişanlı “KIA” markalı avtomobilin sürücüsü manevr qaydasını pozub. Belə ki, sağa manevr edən sürücü həmin zolaqdakı maşını sıxışdırıb. Ardınca o, sağ zolağa yenidən manevr edərək görüntünü qeydə alan sürücüyə qəza şəraiti yaradıb.
İzləyicinin iddiasına görə, qayda pozan sürücü daha sonra maşından düşərək onunla mübahisə etməyə başlayıb: “Mənə nə üçün ona yol vermədiyimi soruşdu. Dönmə işığını yandırmadan, kobud şəkildə müraciət etdiyi üçün yol vermədiyimi bildirdim. O isə “Əcəb edirəm dönmə işığını yandırmıram” deyərək ərazidən uzaqlaşdı”.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 22 Aprel 2025 14:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















