Qayda pozub qəza törədənlərin görüntüləri yayıldı DİN dən VİDEO
Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yol hərəkətinin təhlükəsizliyi ilə bağlı sürücü və piyadalara növbəti dəfə çağırış edib. Qurumdan Avtosfer.az-a bildirilib ki, yollarda təhlükəsizliyin təmin olunması yalnız qaydalara riayət etməklə deyil, həm də hərəkət iştirakçılarının qarşılıqlı məsuliyyəti ilə mümkündür.
Mərkəzin məlumatına görə, qaydalara əməl edən və düzgün davranış sərgiləyən piyadalar belə bəzən digər şəxslərin diqqətsizliyi səbəbindən risklə üzləşə bilirlər. Sürücülərin yüksək sürət seçməsi, nəqliyyat vasitəsinə lazımi nəzarəti etməməsi və digər ehtiyatsız davranışlar ağır nəticəli qəzalarla nəticələnir. Belə hallarda piyadaların təhlükədən yayınması isə çox vaxt mümkün olmur.
Qurum bildirib ki, yalnız nadir hallarda çevik reaksiya və saniyələr içində verilən düzgün qərar insanın özünü qorumasına şərait yaradır.
Daxili İşlər Nazirliyi sürücüləri daha diqqətli və məsuliyyətli olmağa, piyadaları isə qaydalara uyğun hərəkət etməyə çağırıb.
Açıqlamada vurğulanır ki, yollarda təhlükəsizlik hər bir şəxsin düşünülmüş və doğru qərarından başlayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 09 Dekabr 2025 10:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















