Qaydalara əməl etmədi, bir nəfər öldü Video
Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Şəban Həsənov idarə etdiyi “FAW” markalı yük avtomobilində yaranan texniki nasazlıq səbəbindən Yasamal rayonu ərazisindən keçən Kənar Dairəvi yolun 5-ci kilometrində məcburi dayanıb.
Yeniavaz.com Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumata istinadla xəbər verir ki, qanunvericilikdə nəzərdə tutulan təhlükəsizlik tədbirləri görmək, ən qısa müddətdə avtomobili yolun hərəkət hissəsindən kənarlaşdırmaq əvəzinə, Ş.Həsənov avtomobilin arxa hissəsində, qısa bir məsafədə yerə 2 əşya düzməklə kifayətlənib.
“Nəticədə nasaz nəqliyyat vasitəsinin dayandığı zolaqda hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü Orxan Cavadov vəziyyəti gec qiymətləndirib və gəldiyi sürətlə də yük avtomobili ilə toqquşub.
Sükan arxasında diqqətinin yayındığı, yaxud yuxuladığı ehtimal edilən O.Cavadov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb”, - məlumatda deyilir.
Bu mövzuda digər xəbərlər:“Rabitəbank”ın şirkəti qaydalara əməl etmədi Mərkəzi Bankdan XƏBƏRDARLIQ
25 Avqust 2025 15:31
Qaydalara əməl edilmədi Faciə qaçılmaz oldu (VİDEO)
22 Avqust 2025 09:38
Bu qaydalara əməl edin Nazirlikdən xəbərdarlıq VİDEO
28 Noyabr 2024 12:57
Yel çərşənbəsində bu qaydalara əməl edin! VİDEO
10 Mart 2026 12:32
Bu qaydalara əməl etməyənlərlə bağlı tədbir görüləcək VİDEO
18 İyun 2025 19:38
Baxış sayı:78
Bu xəbər 28 Aprel 2026 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















