Qaydalardan bixəbər sürücü yolda “hoqqa” verdi 99 AR 080 VİDEO
Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.
Paytaxtın Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsində kobud qayda pozuntusuna yol verən sürücü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə sentyabrın 25-də saat 18:34 radələrində qeydə alınıb. Belə ki, 99-AR-080 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü əvvəlcə qoşa xəttin üzərindən əks istiqamətli hərəkət zolağına çıxıb. Daha sonra isə o, təhlükəsizlik adacığının tələbini pozaraq eyni istiqamətli yola dönüb.
Bu zaman sürücü avtomobillərin yolunu kəsərək qəza şəraiti yaradıb.
Xatırladaq ki, qoşa xəttin tələbini pozaraq əks istiqamətli yola çıxmaq qanuna ziddir. Eyni zamanda təhlükəsizlik adacığının üzərindən hərəkət etmək də yolverilməzdir. Sürücülər manevr edərkən yol nişanlanmasının tələblərinə əməl etməli və digər hərəkət iştirakçıları üçün təhlükə yaratmamalıdırlar.
Nərmin
bax.tvhttps://player.bax.tv/embed/227391.html?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=hadise-ve-olaylar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 29 Sentyabr 2026 15:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















