Icma.az
close
up
RU
“Qayıdış yolçuları: Vətənə addım addım”: Böyük Qayıdışın təbliği

“Qayıdış yolçuları: Vətənə addım addım”: Böyük Qayıdışın təbliği

Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən “Qayıdış yolçuları: Vətənə addım-addım” devizi ilə təqdimat keçirilib. 300-dən çox qonağın iştirak etdiyi tədbirdə işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı görülən işlər barədə iştirakçılara məlumat verilib.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qaçqınların və məcburi köçkünlərin rifahının yaxşılaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirilir. Qeyd olunub ki, Birinci vitse-prezident xanım Mehriban Əliyeva bu kateqoriyadan olan vətəndaşlarla bağlı məsələlərə daim xüsusi həssaslıqla yanaşır və onların sosial problemlərinin aradan qaldırılmasına təsirli dəstək göstərir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşən Böyük Qayıdışın əsas məqsədi Qarabağda və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanın, iqtisadi fəaliyyətə reinteqrasiyanın təmin edilməsidir. Bu sahədə Dövlət Komitəsinin də üzərinə vacib və məsul vəzifələr qoyulub. Qeyd edilib ki, Komitə əhalinin yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin təşkili, məcburi köçkünlər arasında aparılacaq sosioloji sorğu əsasında əhalinin geri qayıdışı ilə bağlı ilkin proqnozların hazırlanması, köç prosesinin təşkili, məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması üzrə tədbirlərin əsas icraçısıdır.

Tədbirdə məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə könüllü və təhlükəsiz geri dönüşünü təşviq etmək məqsədilə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Bura mənim evimdir” sənədli filmi və müxtəlif təbliğat-izahat xarakterli videoçarxlar nümayiş etdirilib. Tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanan video-materiallarda işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, məcburi köçkünlərin həyat şəraiti, eləcə də Böyük Qayıdış prosesinin mühüm tərəfləri əhatəli şəkildə təqdim olunub. Qarabağda və Şərqi Zəngəzurda davamlı və dayanıqlı məskunlaşmanın təmin edilməsində yaşlı nəsillə yanaşı həm də gənclərin rolunun vacibliyi xüsusi vurğulanıb.

Tədbir iştirakçıları Böyük Qayıdış prosesinin sosial, iqtisadi və kommunikativ tərəflərinə dair fikirlərini bölüşüblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://adalet.az
archiveBu xəbər 04 İyul 2025 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

12 Oktyabr 2025 08:18see315

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see194

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

12 Oktyabr 2025 21:27see183

Rusiya pensiyaların maaşlara həqiqi nisbətini açıqlayıb...

12 Oktyabr 2025 21:16see182

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

12 Oktyabr 2025 06:59see166

Misirdə üç Qətər diplomatı yol qəzasında həlak olub

12 Oktyabr 2025 03:23see156

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see151

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see147

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

12 Oktyabr 2025 02:10see136

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

12 Oktyabr 2025 17:28see136

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

12 Oktyabr 2025 02:49see134

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see128

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

13 Oktyabr 2025 00:17see126

“Ədalət yalnız qanunun tələbi deyil, müstəqilliyimizin də əsasını təşkil edir”

12 Oktyabr 2025 19:16see125

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

12 Oktyabr 2025 17:00see125

Mingəçevirdə zirzəmidə tapılan körpə ilə əlaqədar araşdırma aparılır

12 Oktyabr 2025 11:47see124

“Liverpul” Almaniya millisinin müdafiəçisi ilə danışıqlar aparır

12 Oktyabr 2025 08:12see123

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

13 Oktyabr 2025 00:03see121

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see121

Əxlaqsızlıq edənlər ailədən kiminsə davamçısıdır

12 Oktyabr 2025 16:34see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri