Icma.az
close
up
RU
Qayınanam pul göndərəcək dedi, 10 min manatı götürüb yoxa çıxdı

Qayınanam pul göndərəcək dedi, 10 min manatı götürüb yoxa çıxdı

Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gəncədə avtomobil alqı-satqısı adı ilə dələduzluq edən şəxsə hökm oxunub.

BAKU.WS "Qaynarinfo"ya istinadla xəbər verir ki, məhkəmə materiallarına görə, təqsirləndirilən şəxs özünə məxsus olmayan "Hyundai Sonata" markalı avtomobili satmaq adı ilə tanışını aldadaraq onun 2 650 manat pulunu ələ keçirib. O, avtomobilin guya özünə məxsus olduğunu bildirərək nəqliyyat vasitəsini 15 600 manata satmaq barədə razılıq əldə edib. Daha sonra avtomobilin kredit borcunun qaldığını deyərək alıcıdan əvvəlcə 50 manat, sonra isə 2 600 manat alıb.

İstintaqla müəyyən edilib ki, həmin avtomobil əslində icarəyə götürülüb və təqsirləndirilən şəxs əldə etdiyi pulu şəxsi ehtiyaclarına sərf edib. Aldadıldığını anlayan zərərçəkmiş sonradan avtomobili sahibinə qaytarıb.

Bununla yanaşı, təqsirləndirilən şəxs başqa bir dələduzluq əməli də törədib. O, internet üzərindən satışa çıxarılan "Hyundai Tucson" markalı avtomobili almaq istədiyini bildirərək sahibinin etibarını qazanıb. Pulunun bir hissəsinin çatışmadığını, qalan məbləği isə qayınanasından alacağını deyərək avtomobil sahibini nəqliyyat vasitəsini lombarda girov qoymağa razı salıb.

Zərərçəkmiş avtomobili lombarda qoyaraq 10 min manat əldə edib. Daha sonra təqsirləndirilən şəxs həmin pulu almaq üçün onunla birlikdə əvvəlcədən müəyyən edilmiş ünvana gedib. Pulu aldıqdan sonra binaya daxil olan şəxs ehtiyat çıxışından istifadə edərək hadisə yerindən qaçıb və vəsaiti mənimsəyib.

Beləliklə, o, iki ayrı epizod üzrə zərərçəkmişlərə ümumilikdə 12 650 manat maddi ziyan vurub.

Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilib. Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 1 il 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin həbsdə və ev dustaqlığında keçirdiyi müddət nəzərə alınaraq cəzadan çıxılıb və onun üzərində qəti olaraq 1 il 3 ay 6 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://baku.ws
archiveBu xəbər 18 İyun 2026 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see347

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see290

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see284

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see279

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see269

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see264

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see256

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see249

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see237

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see229

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see221

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see203

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see203

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see200

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see196

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see196

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see195

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see194

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see183

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri