Icma.az
close
up
RU
Menu

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

Əldə olan pulu artırmaq üçün bunu edin!

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

La Liqa: Valensiyada triller

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Qayış

Qayış

Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Akif ABBASOV

(hekayə)
Yenə ezamiyyətə gedirdilər. Şaiqlə Fazil Dəmiryolu vağzalının yanında dayanan, hər yarım saatdan bir yola düşən, böyüründə “Aeroport Ekspress” yazılmış rahat avtobusa oturdular. “Bakı kart”la adama vur-tut bir manat otuz qəpik gedişhaqqı ödədilər. Şaiq üzünü Fazilə tutaraq:

- Neçə illər idi kiminsə günahı ucbatından hava limanına marşrut avtobus işləmirdi. Yasamaldan aeroporta gedişhaqqı üçün taksilər 25 manat istəyirdilər. Hava limanından geriyə qayıdanda da eləcə...
Fazil onun sözünə dəstək verdi:
- Daha demə, hələ Xırdalana, Sulutəpəyə ondan da çox pul alırdılar.
- Bu “Eskpress” taksidən də qat-qat sərfəli, həm də rahat və təhlükəsizdir. Özü də hər əl qaldırana maşın saxlamırlar. “Espress” sürətlə gedir, yalnız dayanacaqlarda ani durur və dərhal yola düzəlir.
Beləcə, söhbətləşə-söhbətləşə gəlib çatdılar hava limanına. Naxçıvana uçacaqdılar. Burada söhbətin mövzusu dəyişdi. Birinci Şaiq dilləndi:
- Bu təyyarə çox gözəl nəqliyyatdır. Yerini rahatlayan, gözlərini açıb-yuman kimi bir də görürsən çatmısan.
Fazil onun sözünü təsdiqlədi:
- Doğru buyurursan.
Şaiq davam etdi:
- Amma bu təyyarə ilə gedişin də bir qənbərqulusu var.
Fazil dönüb təəccüblə ona baxdı:
- Nədir o qənbərqulu?
Şaiq onun sualının müqabilində cavab verdi:
- Əşi, nəzarət məntəqəsindən keçəndə adamın başına min oyun açırlar. Ayaqqabını, qayışını çıxar...
Fazil onunla razılaşdı:
- Yayda bu soyunma əməliyyatı bir qədər tez başa gəlir. Qış aylarında əziyyəti lap çoxdur. Paltonu, şarfını, pencəyini də soyunmalısan. Üstəlik, ciblərində açar, mobil telefon, dəmir-dümür, metal pul varsa, onları da çıxarıb masanın üstünə qoyursan.
Şaiq tez:
- Gördün? Mən deyəndir. Bunlar qənbərqulu deyil?
- Yaxşı ki, adamın şalvarını çıxarmırlar. Nəzarət məntəqəsindən keçəndən sonra əl çantanı, pal-paltarlarını, əşyaları götürüb bir kənara çəkilir, geyinir, şarfını və qayışını taxırsan. Adamı tər yuyub aparır. Nə isə...
Az sonra dedikləri təkrar olundu.
- Bunun dərdindən ezamiyyətə getmək istəmirəm.
Bunu Şaiq dedi.
- Elə mən də.
Bunu da Fazil dedi.
Şaiq nəzarətdən keçəndən sonra geyinib Fazili gözlədi. Fazil əyin-başını qaydaya salarkən Şaiqin gözü sərnişinlərdən kiminsə unudub qoyduğu qayışa sataşdı. Əli ilə göstərərək istehza ilə Fazilə dedi:
- Görürsən? Bütün geyinib-soyunma əməliyyatları axırda onunla nəticələnir ki, kimsə nəyinisə yadından çıxarıb təyyarəyə minir.
Fazili də gülmək tutdu:
- Görəsən hansı zavallınındır bu qayış? Vay onda ki, şalvarı bir az əyinə boş ola. Bir də görəcək ki, şalvar sürüşüb düşdü ayaqlarının altına. Gəl indi bu xəcalətdən qurtar, görüm necə qurtarırsan!
Təyyarə mənzil başına vaxtında çatdı. “Təbriz” mehmanxanasında yer aldılar.
- Əynimizi dəyişib restorana düşək.
Bunu Fazil dedi.
- Düşək, düşək. Acından bağırsaqlarım fit çalır.
Bunu da Şaiq dedi.
Fazil əynini dəyişib əlini yumaq üçün hamam otağına keçdi. Birdən Şaiqin səsini eşidib tez də çıxdı. Şaiq az qala bağıraraq deyirdi:
- Bir görürsən?
- Nə olub?
- Daha nə olacaq?! Bayaq Bakıda hava limanında dayanıb: “Kimsə qayışını qoyub gedib”,- deyirdim. Hələ üstəlik gülür, lağ eləyirdim. Sən demə, həmin qayış mənimki imiş. İndi əynimi dəyişəndə bildim. Əlimi atdım ki, qayışımı açım. Əlim boşa getdi. Qayış nə gəzir?
Fazili gülmək tutdu:
- Dostum, ona görə deyiblər ki, gülmə qonşuna, gələr başına. Amma fikir eləmə. Bir qayış məndə. Şəhərə çıxanda sənə bir qayış alaram.

Müəllifin bütün yazıları - Akif ABBASOV

Bütün yazarlar

Ana səhifəyə dön


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://reyting.az
archiveBu xəbər 02 Dekabr 2024 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see960

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see421

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see375

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see358

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see284

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see268

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see257

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see221

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see219

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see215

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see212

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see210

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see208

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see204

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see191

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see186

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see186

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see181

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see173

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri