Qaz bazarları 2025 ci il ərzində gərginlik yaşayacaq PROQNOZ
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bəzi layihələrin ləngiməsi ilə əlaqədar qaz bazarları 2025-ci il ərzində gərginlik içində qalacaq.
Bu barədə “APA-Economics” Fransanın TotalEnergies enerji şirkətinin hesabatına istinadən xəbər verir.
“Bəzi layihələrin ləngiməsi ilə əlaqədar gözlənilən tutumların (güclərin – red.) çox məhdud olması səbəbindən qaz bazarları 2025-ci ildə gərginlik içində qalacaq”, - hesabatda qeyd olunur.
Hesabata əsasən, Avropa qaz qiymətləri 2024-cü ilin sonunda artıb və qiymətlərin 2025-ci ilin birinci rübündə 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi, 27,9 kubmetr) 13 ABŞ dollarını keçəcəyi gözlənilir.
Qiymət artımının səbəbi kimi qış istehlakının yüksək səviyyədə olması və Ukrayna üzərindən Rusiyadan idxalın dayandırılması kontekstində Avropada ehtiyatların sürətlə azalması göstərilir.
Qeyd edək ki, "TotalEnergies" 1996-cı ildən Azərbaycanda fəaliyyət göstərir və burada Abşeron qaz-kondensat yatağında 35% paya və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərində 5% paya malikdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 05 Fevral 2025 13:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















