Qaz borusunun zədələndiyi qəzanın Videosu Yenilənib
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Ötən gecə paytaxtın Nizami rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı qaz xətti zədələnib.
“Qafqazinfo” xəbər verir ki, Bəkir Çobanzadə küçəsində “Volkswagen” və “Porsche” markalı avtomobillərin toqquşmasından sonra maşınlardan biri qaz borusuna çırpılıb.
Nəticədə qaz xəttində yanğın başlayıb. Hadisə vaxtı avtomobillərdən biri də yanıb.
Qəzaya uğrayan “Porsche”nin ayıq sürücü tərəfindən idarə edildiyi bildirilir.
Hadisə zamanı ümumilikdə 3 nəfər yaralanıb. Onlardan ikisinə hadisə yerində tibbi yardım göstərilib. “Porsche”nin sürücüsündə çanaq sümüyünün sınığı müəyyən edildiyi üçün xəstəxanaya yerləşdirilib.
***
Fövqəladə Hallar Nazirliyi (FHN) hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, “Volkswagen” və “Porsche” markalı minik avtomobillərinin toqquşaraq yol kənarından keçən qaz boru kəmərini zədələdiyi və nəticədə kəmərdə yanğın yarandığı müəyyən olunub.
Yanğınsöndürənlərin müdaxiləsi sayəsində qaz boru kəmərində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Avtomobillər, ağaclıq sahə və ətraf ərazilər yanğından mühafizə olunub.
Hadisənin görüntülərini təqdim edirik:
Baxış sayı:93
Bu xəbər 12 Dekabr 2025 11:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















