Icma.az
close
up
RU
Qaz limitləri ilə bağlı ekspertdən mühüm AÇIQLAMA

Qaz limitləri ilə bağlı ekspertdən mühüm AÇIQLAMA

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

Qış aylarının yaxınlaşması ilə əhali üçün aktuallaşan məsələlərdən biri də təbii qaz üzrə tətbiq edilən limitlər və yüksək istehlak zamanı daha yüksək tariflərin qüvvəyə minməsidir. Soyuq havalarda qaz sərfiyyatının artması ailələrin kommunal xərclərini yüksəltdiyindən limitlərin ləğv edilməsi və ya dəyişdirilməsi məsələsi hər il yenidən gündəmə gəlir.
Bəs qarşıdakı qış mövsümündə qaz limitlərinin ləğvi mümkündürmü? Bununla bağlı hər hansı dəyişiklik gözlənilirmi?
Hazırda əhali üçün təbii qazın qiyməti illik istehlak həcminə uyğun olaraq mərhələli şəkildə müəyyənləşdirilir. Mövcud tarif sisteminə əsasən, müəyyən edilmiş istehlak həddi keçildikcə qazın bir kubmetrinin qiyməti də artır. Bu isə xüsusilə qış aylarında daha çox qaz istehlak edən ailələrin xərclərinin artmasına səbəb olur.
Turkustan.az xəbər verir ki, mövzu ilə bağlı “konkret.az”a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, qaz limitlərinin ləğvi məsələsi hər il qış ərəfəsində müzakirə olunsa da, indiyədək bununla bağlı konkret qərar qəbul edilməyib.
Onun sözlərinə görə, limitlərin ləğvi Nazirlər Kabinetinin qərarından asılıdır:

“Bu məsələ hər dəfə qış öncəsi müzakirəyə çıxarılır. Amma indiyədək limitlər ləğv olunmayıb. Bu, Nazirlər Kabinetinin qərarına bağlı məsələdir. Nazirlər Kabineti istəsə, qaz limitlərini ləğv edə bilər. Təəssüf ki, hazırda bununla bağlı ciddi müzakirə belə yoxdur. Mövcud vəziyyət fonunda qarşıdakı qış mövsümündə qaz limitlərinin tamamilə ləğv olunması o qədər də real görünmür”.

Beləliklə, qış aylarında qaz istehlakının artması ilə əlaqədar limitlərin əhali üçün yaratdığı əlavə maliyyə yükü yenidən müzakirə mövzusuna çevrilsə də, hazırda onların ləğvi ilə bağlı hər hansı rəsmi qərar və ya konkret təşəbbüs açıqlanmayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:218
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 10 Sentyabr 2026 08:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see337

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see267

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see256

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see225

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see220

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see217

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see213

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see212

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see208

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see207

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see198

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see197

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see189

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see188

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see188

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see182

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see179

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri