Qaz olmayacaq Yeni Gündəm
Yenigundem portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu gün Bakının Xətai, Yasamal və Xəzər rayonlarının bəzi ərazilərin qaz təchizatında fasilə yaranacaq.
“Yeni Gundem” xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Xətai rayonu, M. Hadi küçəsində qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Yasamal rayonu, İzmir küçəsində qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsi, Xəzər rayonu, “Türkan-1” QPS-də yeni quraşdırılmış tənzimləyici qovşaqların birləşmə işlərinin aparılması məqsədilə martın 7-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Xətai rayonunun M.Hadi, S.Ə.Şirvani, Qaçaq Nəbi, Sarayevo, Yasamal rayonunun İzmir, Bakıxanov, 6-cı Nərimanov döngəsi yaşayış ərazilərinin, Xəzər rayonunun isə Türkan “Üzümçülük” və “Bağlar” yaşayış ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Baxış sayı:120
Bu xəbər 07 Mart 2025 11:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















