Icma.az
close
up
RU
Qaz pulunda əsas artım böyük villaların üzərinə düşüb

Qaz pulunda əsas artım böyük villaların üzərinə düşüb

Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda təbii qaz üzrə ölkədaxili tarif maya dəyərindən aşağı olduğu üçün qiymətlərin tənzimlənməsinə zərurət yaranıb və dövlətin həyata keçirdiyi sosialyönümlü siyasət əsas götürülərək qərarlar qəbul edilib.

Bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Müşfiq Cəfərov bildirib.

Deputat qeyd edib ki, dövlətin sosial siyasəti və enerji resurslarından səmərəli istifadənin təşviqi məqsədilə istilik təchizatı üçün çoxmənzilli binaların mərkəzləşdirilmiş qazanxanalarına verilən 1 kub metr təbii qazın tarifi dəyişdirilməyib. Tarif Şurasının qərarına əsasən, əhali üzrə illik istehlak həcmi 1200 kub metr olan hissə üçün 1 kub metr təbii qazın tarifi 0,5 qəpik (yarım qəpik) artırılaraq 12 qəpikdən 12,5 qəpik həddində, 1200 kub metrdən 2500 kub metrədək olan hissə üçün 2 qəpik artırılaraq 20 qəpikdən 22 qəpik, 2500 kub metrdən çox olan hissə üçün 5 qəpik artırılaraq 25 qəpikdən 30 qəpik məbləğində müəyyənləşib. 1 kub metr təbii qaz üzrə orta tarif əhali üzrə cəmi 1,3 qəpik (8,7%) artırılıb: “Başqa sözlə, yeni tariflərin tətbiqindən sonra illik sərfiyyatı 1200 m3 olan 48% əhali üçün illik xərc orta hesabla 3 manat 84 qəpik artacaq. Bu göstərici əhalinin 39%-ni təşkil edən illik sərfiyyatı 1200 m3-dən – 2500 m3–dək olan istehlakçılar üzrə orta hesabla 17 manat 16 qəpik, ümumi əhali istehlakçılarının 13%-ni təşkil edən illik sərfiyyatı 2500 m3–dən çox olan istehlakçılar üzrə orta hesabla 89 manat 52 qəpik olacaq. Beləliklə, bu xərclər 48% abonent üzrə ayda 32 qəpik, 39% abonent üzrə ayda 1 manat 43 qəpik, 13% abonent (daha çox istehlak edən) üzrə ayda 7 manat 46 qəpik artacaq. Göründüyü kimi, əhalinin 48%-i üçün 1 kub metr təbii qazın tarifi maksimum aşağı səviyyədə – cəmi yarım qəpik artırılıb. Beləliklə, əsas artım böyük villaların üzərinə düşüb”.

Müşfiq Cəfərov deyib ki, bu il minimum əməkhaqqında artımı və minimum pensiyada nəzərdə tutulan artım nəzərə alınsa, əhali üçün təbii qazın qiymətində dəyişiklik zamanı həssas sosial qrupların mənafeyinin qorunmasının diqqət mərkəzində olduğu bir daha aydın olar: “Bir kub metr qazın qiyməti əhalinin 48%-i üçün 4,2%, əhalinin 39%-i üçün isə 10% artırılıbsa, yanvarın 1-dən minimum əməkhaqqı 15,9 faiz artırılıb, fevralın 1-dən minimum pensiya 14,2 faiz artırılacaq”.

Parlamentin İqtisadi siyasət komitəsinin üzvü təbii qazın ölkədaxili tariflərinin dəyişməsindən sonra da Azərbaycanda əhali üçün qazın qiymətinin qonşu ölkələrdən aşağı olduğunu bildirib: “Tariflərin tənzimlənməsindən sonra əhali istehlakçıları üzrə təbii qazın 1000 kub metrinin qiyməti Azərbaycanda 125-300 manat olacaq. Manat ekvivalenti ilə götürülsə, bu göstəricinin Gürcüstanda ən aşağı səviyyəsi 210 manat, yuxarı səviyyəsi isə 328 manat təşkil edir. Eynilə Türkiyədə 462-519 manat, Ermənistanda 430-618 manatdır”.

Müşfiq Cəfərov təbii qazın qiymət artımının elektrik enerjisinin istehsal xərclərinə təsiri və bu sahədə xidmətlərin dayanıqlılığının yüksəldilməsi zərurəti nəzərə alınaraq elektrik enerjisi üzrə yeni tariflər müəyyənləşdirildiyini də bildirib. Onun sözlərinə görə, bu zaman da əhalinin sosial müdafiəsi əsas götürülüb. Əhalinin 65%-i üçün 1 kilovatt saat elektrik enerjisinin tarifi maksimum aşağı səviyyədə 0,4 qəpik (5%) artırılıb.

Parlamentin İqtisadi siyasət komitəsinin üzvü suyun qiymətində artımın olması barədə deyilənlərin isə əsassız olduğunu vurğulayıb: “Manipulyasiya olunur ki, suyun da qiyməti qalxıb. Halbuki heç bir artım olmayıb, sadəcə qoşulmalara görə tariflər müəyyən olunub”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://azpost.info
archiveBu xəbər 04 Yanvar 2025 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see260

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see242

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see233

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see230

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see217

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see216

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see207

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see188

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see180

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see180

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see171

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see168

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see157

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see155

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see153

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see151

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri