Icma.az
close
up
RU
Qaz qiymətləri Avropada “uçdu” Son üç ilin ən böyük artımı

Qaz qiymətləri Avropada “uçdu” Son üç ilin ən böyük artımı

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


ABŞ və İsrailin İran ərazisinə endirdiyi zərbələrdən sonra qlobal enerji bazarlarında ciddi dalğalanma başlayıb. Yaxın Şərqdə artan hərbi gərginlik fonunda Avropada təbii qaz qiymətləri kəskin yüksəlib.

Bakupost.az “Bloomberg”ə istinadən xəbər verir ki, strateji əhəmiyyət daşıyan Hörmüz boğazı vasitəsilə tanker hərəkətinin böyük ölçüdə dayanması enerji bazarlarında təchizatla bağlı narahatlığı artırıb. Nəticədə Avropada qazın fyuçers qiymətləri bir gün ərzində 25%-ə qədər bahalaşıb. Bu, 2023-cü ilin avqustundan bəri qeydə alınan ən böyük gündəlik artım hesab olunur.
Hörmüz marşrutu dünya üzrə mayeləşdirilmiş təbii qaz (LNG) ixracının təxminən 20%-nin daşındığı əsas enerji nəqliyyat dəhlizidir. Burada yaranan hər hansı fasilə həm qaz, həm də neft bazarında qiymətlərin sürətlə yüksəlməsinə səbəb olur. Analitiklər bildirirlər ki, mövcud vəziyyət Rusiyanın Ukraynaya hücumundan sonra qlobal enerji ticarətində yaranmış şokdan bəri qaz bazarları üçün ən ciddi risklərdən birini yarada bilər.
Asiya ölkələri Yaxın Şərqdən ixrac olunan LNG-nin əsas alıcılarıdır. Təchizatda mümkün pozulma alternativ mənbələr uğrunda rəqabəti gücləndirə və nəticədə Avropa da daxil olmaqla dünya üzrə qiymətləri daha da artıra bilər.
Xüsusilə Avropa üçün vəziyyət həssasdır. Regionun qaz ehtiyatları hazırda aşağı səviyyədədir və qarşıdakı qış mövsümünə qədər anbarların doldurulması üçün yay aylarında böyük həcmdə LNG idxalına ehtiyac var. “Goldman Sachs”ın qiymətləndirməsinə görə, əgər Hörmüz boğazı vasitəsilə daşımalar bir ay müddətinə dayandırılarsa, Avropada qaz qiymətləri iki dəfədən çox arta bilər.
Eyni zamanda bölgədə hərbi əməliyyatların genişlənməsi enerji logistikasına birbaşa təsir göstərib. Qətər və Birləşmiş Ərəb Əmirliklərində yükləmə planlaşdıran bəzi LNG tankerlərinin marşrutlarını dəyişdiyi və ya səfərləri təxirə saldığı bildirilir. Bundan əlavə, İsrail bəzi qaz yataqlarında hasilatı dayandırıb ki, bu da iri idxalçı Misirin əlavə LNG tədarükü axtarışına çıxmasına səbəb olub.
İran Hörmüz boğazını bağlamaq niyyətində olmadığını bəyan etsə də, qarşıdurma başlayandan sonra bir sıra gəmi operatorları təhlükəsizlik səbəbindən marşrutdan çəkinməyə üstünlük verib. Qətər isə müəyyən müddətə bəzi dəniz əməliyyatlarını dayandırdığını açıqlayıb.
Cavid, BakuPost
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 02 Mart 2026 16:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see398

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see337

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see334

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see305

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see304

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see292

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see289

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see286

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see278

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see272

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see267

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see266

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see254

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see251

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see246

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see241

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see240

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see235

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see226

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri