Icma.az
close
up
RU
Qaz və işıq limiti ilə bağlı ÖNƏMLİ XƏBƏR Yaxın aylarda...

Qaz və işıq limiti ilə bağlı ÖNƏMLİ XƏBƏR Yaxın aylarda...

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Qaz təchizatı haqqında” və “Elektroenergetika haqqında” qanunların tətbiqindən sonra Azərbaycanda qaz və işığa görə sabit tarif tətbiq olunacaq.

Növbəti mərhələdə Tarif Şurası tərəfindən sabit tarifin məbləği müəyyənləşdiriləcək və bunun ardınca sabit tarifin tətbiqinə başlanılacaq. Yəni abonentlərin ödəyəcəyi məbləğin üzərinə onun enerjidən istifadə edib-etməməyindən asılı olmayaraq hər ay sabit tarif məbləği də əlavə olunacaq

Bu qaydanın 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcəyi gözlənilir.  Pepperoni pizza

Qaz və işığa görə sabit tarif tətbiq olunması fonunda qaz və işıq limitlərinin ləğvi müzakirələri yenidən gündəmə gəlib. Qeyd edək ki, qaz və işıqla bağlı limit 2016-cı ildən tətbiq edilib. Hazırda aylıq elektrik enerjisi istehlakı 200 kilovat-saatadək olan istehlakçılar üçün ödəniş 8,4 qəpik, aylıq istehlak həcminin 200 kVts-dan 300 kVts-a qədər (300 kVts daxil) olan hissəsi üçün 10 qəpik, aylıq istehlak həcminin 300 kVts-dan çox olan hissəsi üçün 15 qəpik müəyyənləşdirilib.

Təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün 12,5 qəpik, illik istehlak həcminin 1200-2500 m3 olan hissəsi üçün 22 qəpik, illik istehlak həcminin 2500 m3-dən çox olan hissəsi üçün 30 qəpik müəyyən olunub.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Azər Badamov Modern.az-a açıqlamasında limitlərin ləğv olunmasını və bütün vətəndaşlar üçün məqbul orta tarif müəyyənləşməsini təklif edib. Deputata görə, bu, limitlərin tətbiqi ilə bağlı cəmiyyətdə artıq müzakirələrə son qoyar. 

Ötən ay energetika nazirinin müavini Orxan Zeynalov parlamentin növbədənkənar sessiyasının plenar iclasında bildirib ki, sabit tarif səviyyəsi hər bir abonent üzrə aylıq 1 manatı aşmayacaq. Onun sözlərinə görə, sabit tarifinin tətbiqində əsas məqsəd xidmətin keyfiyyətinin artırılması, xərclərin istehlakçılar arasında daha ədalətli bölünməsidir: “Bu, tariflərin artırılması hesabına deyil, mövcud istehlak tarifinə çəkilən xərclərin xarakterinə uyğun olaraq strukturlaşdırılması hesabına əldə edilməsidir”.

Eyni zamanda nazir müavini qeyd edib ki, bu yenilik “Elektroenergetika haqqında” qanun layihəsində təsbit olunub: “Hər ay elektrik enerjisi haqqını ödəyən istehlakçılar üçün tarif yükünün cüzi də olsa azaldılması üçün müəyyən iqtisadi zəmin yaradacaq. Sabit tarifinin maliyyə tutumu məsələsinə gəlincə, hesablamalarımıza görə, bu məqsəd üçün nəzərə alınan faktiki xərclərin həcmi ümumi xərclərin həcminin 2%-dən aşağı hesablanıb. Sabit tarif səviyyəsi hər bir abonent üzrə aylıq 1 manatı aşmayacaq”.

İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bildirib. Onun sözlərinə görə, əgər mövcud tariflər vətəndaşların ödəmə imkanlarına uyğun gəlmirsə, daha məntiqli addım həmin tariflərin endirilməsi olardı: “Limitlərin tamamilə aradan qaldırılması isə kasıb və qənaətcil təbəqənin maraqlarına ziddir. Çünki limit tətbiqinin əsas məqsədi az enerji sərf edən insanların daha ucuz qiymətlərlə xidmət almasına şərait yaratmaqdır. Bu, həm də istehlakçıları daha rasional davranmağa təşviq edir.

Limitin mövcudluğu sosial baxımdan ədalətli mexanizmdir. Tariflərin yüksək olduğu qənaətindəyiksə, bu zaman çıxış yolu limitləri ləğv etmək deyil, məhz onların həcmini artırmaqdır. Belə olanda həm kasıb təbəqə qorunur, həm də insanlar qənaət mədəniyyətinə alışır. Limitin götürülməsi isə əslində imkanlıların sərf etdiyi enerjinin bir hissəsini az istifadə edənlərin üzərinə yükləmək deməkdir. Yəni daha çox enerji sərf edənlər əlavə xərclərinin müəyyən qədərini az istifadə edənlərin cibindən çıxarmış olacaqlar.

Təəssüf ki, bəzi çevrələrdə “limit zərərlidir” kimi sadə yanaşmalar eşidirik. Halbuki limit sistemi az enerji sərf edən vətəndaşlar üçün daha münasib tarif formalaşdırır və onların maraqlarını balanslaşdırır. Maddi imkanı məhdud olan, kiçik evdə yaşayan, qışda evini güclə qızdıran və hər detalda qənaət etməyə çalışan insanlar bu sistemdən faydalanır. Əgər limit ləğv edilərsə, bu təbəqənin yükü avtomatik olaraq artacaq, onlar daha yüksək vahid tarif ödəmək məcburiyyətində qalacaqlar.

Əgər həqiqətən sosial ədaləti əsas götürürüksə, doğru addım limitlərin ləğvi deyil, onların artırılmasıdır. Məsələn, hazırkı 1200 kVt-saatlıq limit 1500 və ya 1800-ə yüksəldilə bilər". 

Qeyd edək ki, bu il yanvarın 2-dən Azərbaycanda əhali istehlakçı qrupu üzrə təbii qazın qiyməti limitlərə müvafiq olaraq, artırılıb. Əhaliyə pərakəndə qaz satışı üçpilləli tarif sistemi ilə həyata keçirilir. Əvvəl əhali bir kub metr qaz üçün azı 12 qəpik ödəyirdisə, indi bu, yarım qəpik daha çox olacaq. Əhali üzrə illik istehlak həcmi 1200 kub metrdən 2500 kub metrədək olan hissə üçün 2 qəpik (10%) artırılaraq 20 qəpikdən 22 qəpiyə qaldırılıb. İldə 2500 kub metrdən çox qaz işlədənlər üçün isə qiymət 5 qəpik bahalaşıb. İndi onlar bir kub metr üçün 25 qəpik yox, 30 qəpik ödəməli olacaqlar. Qiymət artımı ilə bağlı bu qərar 2 yanvar tarixindən qüvvəyə minib.  Qiymət artımından sonra hazırda üçpilləli limitə müvafiq olaraq, mövcud qiymətlər belədir: 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün bir kubmetrə görə 12,5 qəpik, 1200-2500 m3 olan hissəsi üçün bir kubmetrə görə 22 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə bir kubmetrə görə 30 qəpik ödəyir. Ölkədə təbii qazın qiymətini Tarif Şurası tənzimləyir. Sonuncu qiymət artımı 2021-ci ildə olmuşdu. Azərbaycanda təbii qaza diferensial tariflərin tətbiqi ilə bağlı qərar təxminən 8 il əvvəl verilib. O vaxt ikipilləli tarif sistemində təbii qazın ilkin limitinin bir m3 üçün qiyməti 10 qəpik olub.  Sonradan təbii qazın pərakəndə satışına hazırda işlək olan üçpilləli tarif sistemi tətbiq olunmağa başlayıb. Hazırda üçpilləli limitin ilkin pilləsi 1200 kubmetr təyin olunub.

Bu illər ərzində limitin ilkin pilləsi gah artırılıb, gah da azaldılıb. Bir müddət bu limit 1700 kubmetrdən 2200 kubmetrə də çatdırılmışdı. Sonradan isə limit 1200-ə endirildi. Azərbaycanda təbii qazın satışı üzrə tariflər əhali və qeyri-əhali qrupu üzrə fərqli hesablanır.

Ölkədə məişət qazı əhali istehlakçı qrupuna iki cür satılır: öncədən pulu ödənməklə - smart tipli sayğaclar vasitəsilə və sonradan ödənməklə - mexaniki sayğaclar vasitəsilə.

Əhali kateqoriyasına aid abonentlər üçün tətbiq edilən limit istifadə olunub-olunmamasından asılı olmayaraq, hər il yenilənir, yəni sıfırlanır. Yəni bir abonent il ərzində 1200 kub metr və ya 2500 kub metrdən artıq işlətsə də, işlətməsə də ilin əvvəlində onun limiti sıfırlanır. Hazırda təbii qazdan güzəştli tariflə istifadədə ən aşağı limit 1200 kub metrdir.  


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 29 Avqust 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see291

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see290

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see249

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see232

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see192

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see189

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see188

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see170

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see149

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see140

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see140

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see138

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see136

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see129

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see126

Flik: “Belə bir “Çelsi”yə qarşı on nəfərlə oynamaq asan deyil”

26 Noyabr 2025 03:08see122

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see122

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see122

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see121

Müəllimə avtobus sükanı arxasında Qadın sürücülərdən reportaj VİDEO

26 Noyabr 2025 09:48see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri