Icma.az
close
up
RU
Qaz zəhərlənmələri ilə bağlı XƏBƏRDARLIQ

Qaz zəhərlənmələri ilə bağlı XƏBƏRDARLIQ

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Baş Prokurorluq əhaliyə xəbərdarlıq edib.

Modern.az  xəbər verir ki, Baş Prokurorluq insanlardan qaz cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarına laqeyd yanaşmamağı xahiş edib.

"Hər il dəm qazından zəhərlənmə və ölüm hadisələri baş verir. Çox ciddi və gözlənilməz olan bu hallardan qorunmaq üçün hər bir vətəndaşın təhlükəsizlik qaydalarına ciddi əməl etməsi vacibdir!

Təhlillər göstərir ki, dəm qazından zəhərlənmə hadisələrinin əksəriyyəti məişətdə qaz cihazlarından istifadə zamanı sadə təhlükəsizlik qaydalarına laqeyd münasibətdən qaynaqlanır. Hər bir bədbəxt hadisə bir ailənin faciəsidir və bunun qarşısını almaq üçün qeyd olunan qaydalara ciddi əməl olunmalıdır:

 Cihazların standartı: Heç bir halda qeyri-standart qaz işlədicilərindən istifadə etməyin.

 Texniki baxış: Hər hansı nasazlıq aşkarlanarsa, fərdi müdaxilə etməyin, ixtisaslaşdırılmış müəssisəyə və ya peşəkar ustaya müraciət edin.

Su qızdırıcıları (Kombi, Ariston, "Pyatiminutka"): Bu cihazların qaz təminatı sertifikatlı borularla aparılmalı, tüstü çıxışı (ventilyasiya) mütləq standart ölçülərə uyğun quraşdırılmalıdır.

Baca təmizliyi: Şaxta və baca sistemləri mütəmadi olaraq qurum və digər kənar əşyalardan təmizlənməlidir. Axarlılığın pozulması dəm qazının evə dolmasına birbaşa səbəb olur.

Yerləşmə məkanı: Su qızdırıcısının duş qəbul edilən otaqda (hamamda) olması yolverilməzdir! Əgər cihaz hamamdadırsa, hökmən nəfəslik (pəncərə) olmalı və qapının aşağı hissəsində hava dəlikləri açılmalıdır.

 Təhlükəsizlik tövsiyəsi: Fərdi su qızdırıcısı olan evlərdə şəxsin tək olarkən duş qəbul etməsi risklidir. Zəhərlənmə baş verərsə, xilas olmaq üçün kənar şəxsin köməyi zəruri ola bilər.

Məqsədli istifadə: Mətbəx qaz plitələrindən mənzili qızdırmaq üçün istifadə etmək qəti qadağandır.

Hava sorucular (Aspirator): Mətbəxdə plitə yandırılan kimi aspirator da işə salınmalıdır. Bu, zəhərli qaz ayrıntılarının məkandan dərhal kənarlaşdırılmasını təmin edir.

 Detektor quraşdırın: Mənzillərdə dəm qazı detektorundan istifadə mütləqdir. Bu cihaz həm sızma, həm də dəm qazı yarandığı halda yüksək səslə siqnal verir və qaz axınını dərhal dayandırır.

 Zəhərlənmənin əlamətləri (Xəbərdarlıq):

Aşağıdakı hallardan hər hansı biri müşahidə edilərsə, dərhal məkandan çıxmalı və yardım çağırmalısınız:

- Şiddətli baş ağrısı və başgicəllənmə;

 -Ümumi zəiflik, ürəkbulanma və qusma;

- Sürətli ürək döyüntüsü və nəfəs darlığı;

 Sinə ağrısı və huşun itirilməsi.

Unutmayın: Dəm qazı görünməz və təhlükəlidir! Təhlükəsizlik qaydalarına riayət etmək həyatınızı xilas edir!

Bundan başqa, təqdim olunan fotolarda təcrübədə dəm qazı zəhərlənmələrinə ən çox səbəb olan, qeyri-standart və texniki baxımdan ciddi təhlükə mənbəyi olan qaz cihazlarının nümunələri əks olunub. Mənzilinizdə bu cür cihazlar varsa, töysiyə edirik dərhal mütəxəssis baxışının keçirilməsini təmin edəsiniz",- Prokurorluğun müraciətində deyilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://modern.az
archiveBu xəbər 27 Yanvar 2026 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see394

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see351

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see316

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see310

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see286

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see265

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see255

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see231

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see224

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see207

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see206

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see203

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see202

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see201

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see186

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see186

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see181

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see164

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see158

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri