Icma.az
close
up
RU
“Qazandığım təcrübələrdən Azərbaycanda da yararlanmağa çalışacam”

“Qazandığım təcrübələrdən Azərbaycanda da yararlanmağa çalışacam”

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

Su polosu üzrə Azərbaycan yığmasının yeni baş məşqçisi Panayotis Xronopulos açıqlama verib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis yığmadakı hədəflərindən söz açıb:

“Mən Azərbaycanda su polosunun inkişafına töhfə vermək üçün bütün bilik və bacarıqlarımdan istifadə etməyə çalışacağam. Üzgüçülük Federasiyasının rəhbərliyi ilə bir çox layihələri müzakirə etdik. Hesab edirəm ki, Azərbaycanda su idman növlərinin inkişafı üçün lazımi münbit şərait var. Mənə bildirdilər ki, Bakıda, Gəncədə, Mingəçevirdə və digər regionlarda yaxşı şəraiti olan üzgüçülük hovuzları var. Artıq son illər Azərbaycanın gənc və perspektivli üzgüçüləri beynəlxalq arenalarda yaxşı nəticələr göstərirlər. Bu inkişafın su polosu idman növündə də özünü göstərməsi məqsədilə buradayam. Mənə etimad göstərdiyi üçün Azərbaycan Üzgüçülük Federasiyasının rəhbərliyinə minnətdaram. Çalışacam ki, az bir müddətdə onların etimadını doğruldam və su polosunda da Azərbaycan millisi yaxşı nəticələr əldə etsin”.

Onun sözlərinə görə həm idmançı, həm də baş məşqçi kimi öz ölkəsində və beynəlxalq yarışlarda yüksək nəticələrə nail ola bilib:

“Ölkə xaricində millinin baş məşqçisi kimi ilk işim olacaq. Uzun illər su polosunda qazandığım təcrübələrdən Azərbaycanda da yararlanmağa çalışacam. Milli komanda ilə yanaşı, federasiya rəhbərliyi ilə birgə əl ələ verib bütün ölkədə su polosunun inkişafına nail olmaq üçün müxtəlif ideya və təkliflərlə gəlmişəm. Ümidvaram ki, birgə əməkdaşlığın effektiv nəticələri yaxın vaxtlarda özünü göstərəcək” deyə Su polosu idman növü üzrə milli komandanın yeni təyin olunan baş məşqçisi əlavə edib.

Millinin yeni baş məşqçisinin təqdimat mərasimində çıxış edən Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti Tamerlan Abdullazadə əsas məqsədlərinin su polosunun Azərbaycanda inkişafını təmin etmək olduğunu bildirib. O əlavə edib ki, bu günədək Gənclər və İdman Nazirliyi ilə birgə su idmanın inkişafı üçün müxtəlif layihələr həyata keçirilib:

“Üzgüçülük federasiyası Gənclər və İdman Nazirliyi ilə birgə əməkdaşlığı günü gündən inkişaf etdirir. Üzgüçülük idman növü üzrə müxtəlif birgə yarışlar və layihələr reallaşdırmışıq. Bundan sonra su idman növlərinə aid olan su polosu, suya tullanma və bədii üzgüçülük və açıq havada üzgüçülük üzrə də milli komandaların formalaşdırılması, bu növlərdə idmançıların yetişdirilməsi, beynəlxalq yarışlarda Azərbaycanı layiqincə təmsil etmələri üçün yeni layihələrin reallaşdırılmasına çalışacağıq”.

Federasiya rəsmisi yunanıstanlı mütəxəssis Panayotis Xronopulosun ölkəmizdə su polosunun inkişafına köməklik edəcəyinə inamlıq ifadə edib:

“Federasiya rəhbərliyi üzgüçüklə yanaşı digər növlərin də daha da inkişafı üçün real addımlar atır. Bunun üçün daha da bacarıqlı və beynəlxalq təcrübələri olan əcnəbi baş məçqçilərin cəlb olunmasını reallaşdırırıq. Ümid edirik ki, Panayotis Xronopulos ona göstərilən etimadı doğruldacaq və yaxın bir müddətdə su polosu komnadalarımız nəinki Azərbaycanda, ölkə hüdudlarından kənarda da yüksək nəticələrlə bizi sevindirəcəklər”.

Qeyd edək ki, Panayotis Xronopulos bu postda Azər Babayevi əvəzləyib. Yunan çalışdırıcı daha əvvəl ölkəsinin aşağı yaş qruplarında, bir sıra yerli klublarda, eləcə də Sinqapurda çalışıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 05 İyun 2026 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see300

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see300

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see279

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see275

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see264

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see261

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see253

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see247

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see240

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see236

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see234

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see234

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see232

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see218

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see217

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see213

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see208

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see208

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see200

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri