Qazansa, gedib əlini öpəcəm Özeldən Kılıçdaroğluna
Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.
“Kemal bəyə səslənirəm. Gəlsin, bayramdan sonrakı bir-iki həftə ərzində 2 milyon üzvümüzə başqanımızı seçdirək. Əgər 2 milyon CHP-linin qarşısına sandıq qoysanız, mən namizədəm. Əgər məndən başqa biri seçkini qazanarsa, sadəcə əlini qaldırmaq yox, gedib əlini öpəcəyəm və ömrüm boyu yanında olacağam”.
Bunu İzmirdə keçirilən “Millət Buluşması” mitinqində çıxış edən keçmiş CHP sədri Özgür Özel keçmiş partiya lideri Kemal Kılıçdaroğluna müraciətində deyib.
Xatırladaq ki, Ankara Bölgə Ədliyyə Məhkəməsi Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) 4-5 noyabr 2023-cü il tarixlərində keçirilən qurultayının nəticələrini ləğv edib.
Qəbul edilmiş qərara əsasən, partiyanın sədri Özgür Özel və partiya rəhbərliyi müvəqqəti olaraq vəzifələrindən uzaqlaşdırılıb, CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu və onun rəhbərliyinin isə vəzifəsi bərpa olunub.
Məhkəmə həmçinin qərara alıb ki, mütləq etibarsızlığa əsaslanan ləğvetmə qərarına görə, həmin tarixdən sonra partiya daxilində keçirilən bütün növbədənkənar və fövqəladə qurultaylar və həmin qurultaylarda qəbul edilmiş bütün qərarlar da etibarsızdır.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 26 May 2026 15:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















