Qazax bu ilin İdman Patytaxtı kimi öz tədbirlərinə start verir
525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyasının qərarı ilə Qazax şəhəri 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” elan edilib.
525.az xəbər verir ki, idman paytaxtının açılış mərasiminin 2026-cı ilin yanvar ayında təntənəli şəkildə keçirilməsi nəzərdə tutulur. Ötən ilin dekabr ayından başlayaraq, bu yöndə hazırlıq işlərinə start verilib, "Qazax İdman paytaxtı-2026"nın loqosu hazırlanıb və onun iri təsviri şəhərin mərkəzi hissələrinə vurulub.
Bu günlərdə “Qazax İdman Paytaxtı-2026" çərçivəsində kütləvi tədbirlərin və idman yarışlarının keçirilməsində təşkilati işlərlə bağlı “İşçi Qrupu”nun yaradılması və “Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Sərəncam imzalanıb. Sənəddə bildirilir ki, qarşıdakı tədbirlərin əsas hədəfləri "Qazax İdman Paytaxtı-2026" çərçivəsində əhalinin müntəzəm fiziki fəallığa cəlb olunması, insanlarda sağlam həyat tərzinin stimullaşdırılması, o cümlədən, uşaq-gənclər idmanının inkişafı, kütləvi idman tədbirlərinin təşkili, rayonda Olimpiya hərəkatının, bədən tərbiyəsi və idmanın kütləviliyinin təmin olunması, idmana diqqət və qayğının daha da artırılmasıdır.
Qazax Rayon İcra Hakimiyyətində sözügedən işçi qrupunun üzvləri ilə görüş keçirilib. Görüş zamanı Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsi ilə əlaqədar həyata keçirilən işlərin mövcud vəziyyəti və qarşıda duran məsələlər müzakirə edilib.
Rayon rəhbəri Rəcəb Babaşov çıxışında Qazağın hər zaman öz idman uğurları ilə də tanındığına diqqət çəkib. O, ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən idman sahəsinə, idmançılara göstərilən diqqət və qayğıdan söz açaraq, Qazax Olimpiya İdman Kompleksinin inşa olunmasını, bölgədə digər yeni idman qurğularının yaradılmasını həmin qayğının bariz nümunəsi kimi qiymətləndirib.
R. Babaşov Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsinin rayonda idmanın inkişafı istiqamətində mühüm töhfə verəcəyini vurğulayıb, bu istiqamətdə bundan sonra da məqsədyönlü işlər görüləcəyini, müxtəlif yarış və turnirlərin keçirilməsi üçün lazımi addımların atılacağını söyləyib.
Qazax-Tovuz Regional Gənclər və İdarəsinin rəisi Əziz Məsmalıyev də görüşdə çıxış edərək, şəhərdə idmanın ayrı-ayrı növləri üzrə yarışların keçirilməsi üçün potensial imkanları haqda danışıb.
Görüşdə bu əlamətdar ildəki idman tədbirlərin təşkili ilə bağlı aidiyyətı qurum və şəxslərə müvafiq tapşırıqlar veriilib.
Zakir Muradov,
Qazax – Gəncə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 07 Yanvar 2026 09:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















