Icma.az
close
up
RU
Qazax komandası 5 min manat qazandı

Qazax komandası 5 min manat qazandı

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

14-15 sentyabr tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağırlıqqaldırma Mərkəzinin yarış zalında keçirilən gənclər arasında Azərbaycan birinciliyi və böyüklər arasında ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı başa çatıb.

Futbolpress.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağırlıqqaldırma Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayıb.

Kişilər arasında Amin Osmanov (55 kq), Dəniz Cabbarlı (61 kq), Ravin Alməmmədov (89 kq) və Nurlan Məmmədzadə (96 kq) öz çəki dərəcələrində həm böyüklərdə, həm gənclərdə, Yunis Bayramov (67 kq), Qasım İsmayılov (73 kq) və Orxan Zöhrabzadə (81 kq) gənclərdə, Tehran Məmmədov (67 kq), İsa Rüstəmov (73 kq), Ömər Cavadov (81 kq), Mürsəl Quliyev (102 kq), Əli Şükürlü (109 kq) və Dadaş Dadaşbəyli (+109 kq) böyüklərdə Azərbaycan çempionu adına layiq görülüblər.

Qadınlarda isə Samirə Rzayeva (45 kq), Aydan Rzayeva (49 kq), Selcan Qarayeva (55 kq), Fazilə İmanova (64 kq), Nigar Əliyeva (71 kq), Arzu Qədimova (76 kq), Rahilə Hüseynzadə (81 kq) və Mələk Hüseynli (87 kq) həm gənclər, həm də böyüklər arasında, Lalə Əzizli (59 kq) böyüklərdə, Milena Hüseynli (59 kq) gənclərdə Azərbaycanın ən yaxşısı adlarını qazanıblar.

Yarışda komanda hesabında uğur qazanan kollektivlər Azərbaycan Ağırlıqqaldırma Federasiyası tərəfindən pul mükafatına layiq görülüblər. Azərbaycan çempionat və birincilikləri üçün təyin edilən xüsusi mükafat fondu idmançı və məşqçilərin həvəsləndirilməsi, eyni zamanda rəqabətin artırılması məqsədi güdür.

Gənclər arasında Azərbaycan birinciliyində komanda hesabında bütün rəqiblərini aşkar üstələyən Qazax komandasına 5 min manat mükafat verilib. 2-ci olan “Təhsil” RİM-in Bakı şəhəri üzrə yığma komandası 3 min manat, 3-cü olan Gəncə komandası isə 1 (bir) min manat əldə edib.

Böyüklər arasında da Qazax komandası hamıdan güclü olduğunu sübut edib. Bu kollektivə AAF tərəfindən 10 min manat mükafat təqdim edilib. 2-ci olan Lənkəran komandası 5 min, 3-cü olan Sumqayıt komandası isə 3 min manat qazanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 10 İyun 2026 01:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri