Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Qazax şairinin “Qarabağ” kitabının təqdimatı keçirilib

Qazax şairinin “Qarabağ” kitabının təqdimatı keçirilib

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Milli QHT Forumunun mənzil-qərargahında Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) ilə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) birgə təşkilatçılığı ilə Qazaxıstan Yazıçılar Birliyinin və DGTYB Məsləhət Şurasının üzvü, şair-publisist Sayat Kamşıgerin “Qarabağ” kitabının təqdimat mərasimi keçirilib.

Təqdimat Azərbaycan–Qazaxıstan dostluq-qardaşlıq münasibətlərinin, eləcə də Türk dünyasında ortaq ədəbi-mədəni platformların inkişafı baxımından əlamətdar hadisə kimi dəyərləndirilib.
Tədbirdə giriş nitqi söyləyən Əkbər Qoşalı “Qarabağ” kitabının ideya-estetik özəllikləri, müəllifin yaradıcılıq yönü və Qarabağ mövzusunun çağdaş türk ədəbiyyatında qazandığı yeni məzmun qatları barədə ətraflı bilgi verib. O, “Qarabağ” kitabını Türk dünyasının ortaq yaddaşının bədii ifadəsi kimi qiymətləndirib. Əkbər Qoşalı qeyd edib ki, Qarabağ artıq türk ruhunun, ortaq tarix və taleyin simvoluna çevrilmişdir: “Bu əsər Türküstandan Qafqaza – böyük qazax çöllərindən Qarabağın zirvələrinə uzanan mənəvi körpü səciyyəsi daşıyır. “Qarabağ” – bütün Türk dünyasının vicdan yaddaşıdır.”

Müəllif Sayat Kamşıger vurğulayıb ki, “Qarabağ” əsəri bir ədəbi layihə olmaqla birgə, həm də mənəvi borcun, qardaşlıq duyğusunun və ortaq tarixi yaddaşın poetik ifadəsidir. O, Qarabağ mövzusunun qazax oxucusu üçün də uzaq olmadığını və bu kitab vasitəsilə Azərbaycan həqiqətlərini, Qarabağın ağrılarını və Zəfər tarixini Türküstana bir daha çatdırmaq niyyətində olub.

Qazaxıstan Respublikasının Azərbaycandakı Səfiri Alim Bayel Qazaxıstan –Azərbaycan münasibətlərinin strateji müttəfiqlik səviyyəsində inkişaf etdiyini vurğulayıb; mədəni və ədəbi layihələrin dostluq-qardaşlıq münasibətləri ruhunu daha da möhkəmləndirdiyini bildirib. Səfir vurğulayıb ki, bu cür əsərlər xalqlar arasında mənəvi yaxınlaşmanın ən təsirli vasitələrindəndir.
Səfirin qardaş ölkənin, işğaldan azad olunmuş Azərbaycan torpaqlarında həyata keçirilən quruculuq prosesinə verdiyi dəstək barədə dedikləri alqışlarla qarşılanıb.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun (BTMİF) aparat rəhbəri, tarix elmləri doktoru Fəxri Valehoğlu (Hacıyev) Qarabağ mövzusunun artıq ümumtürk dəyərinə çevrildiyini bildirərək, bu kimi nəşrlərin ortaq mədəni irsin qorunması, təbliği baxımından önəm daşıdığını deyib.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri, professor Fuad Məmmədov isə çıxışında vətəndaş cəmiyyəti institutlarının belə təşəbbüslərlə milli-mənəvi dəyərlərin qorunmasına və beynəlxalq mədəni inteqrasiyaya mühüm töhfələr verdiyini diqqətə çatdırıb.

Tədbirdə iştirak edən digər çıxışçılar da kitabın önəmini müxtəlif aspektlərdən dəyərləndiriblər. RHİMİB koordinatoru Nilufər Lətif, DGTYB başqanı İntiqam Yaşar, Qeyri-Maddi Mədəni İrsin İnkişafına Dəstək İB-nin (QMİDİB) sədr müavini Aydan Yaşar çıxışlarında təşkilatçılıq baxımından bu tədbirin əhəmiyyətini qeyd edərək, belə layihələrin davamlı xarakter almasının vacibliyini vurğulayıblar. Türkoloq professor Nizami Tağısoy əsəri türk poetik düşüncəsinin çağdaş ifadəsi kimi dəyərləndirib və Qarabağ mövzusunun qazax ədəbiyyatında işlənməsini mühüm ədəbi hadisə kimi səciyyələndirib.

Ziyalılar – Azərbaycan Ədəbiyyat Fondunun direktoru, yazıçı-publisist Varis Yolçuyev, professor, şair Rəsmiyyə Sabir, Bakıdakı Türk Ticarət Mərkəzinin rəhbəri Yılmaz Okuklu, diaspor lideri Tərlan Qasımov, “Bayraqdar Media”nın baş redaktor müavini, Əməkdar jurnalist Nadir İsmayılov, AMEA Folklor İnstitutu Beynəlxalq əlaqələr şöbəsinin müdiri Əli Şamil, Qayıdış və Dirçəliş naminə İB sədri Vüqar Qədirov, "Dirçəliş" Gənclərin Psixoloji - Reabilitasiya Mərkəzinin rəhbəri İslam Baxşəliyev, tanınmış jurnalist Etibar Cəbrayıloğlu, yazıçı Etibar Muradxanlı, AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, fil.ü.f.d. Mərziyyə Nəcəf, Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, fil.ü.f.d. Aytən Qurban, “Çağrı.az”ın baş redaktoru Mübariz Yunus, “Xəzər” Universitetinin əməkdaşı Aynur Qəzənfərqızı, yazıçı Lətifə Oruc öz çıxışlarında kitabın ədəbi-estetik dəyərini, ideya yükünü və Türk dünyasında ortaq mənəvi platformunun formalaşmasına verdiyi töhfəni xüsusi vurğulayıblar. Qeyd olunub ki, “Qarabağ” əsəri həm tarixi həqiqətlərin, həm də duyğuların, yaddaşın və milli kimliyin bədii təcəssümüdür.

Tədbirin sonunda Sayat Kamşıgerə Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Dr. Fazil Mustafanın adından təşəkkür məktubu təqdim olunub. Eyni zamanda RHİMİB, DGTYB, QMİDİB və digər təşkilatlar tərəfindən müəllif fəxri fərmanlarla təltif edilib.
Həmçinin Ümumdünya Ədəbiyyat və İncəsənət Akademiyasının prezidenti Atantay Əkbərovun Azərbaycan yazarları Əkbər Qoşalı, Elşən Əzim, Rəsmiyyə Sabir, Etibar Muradxanlı, İntiqam Yaşar, habelə “Qarabağ”ın önsöz yazarı - RHİMİB sədri Arzu Bağırova, kordinatoru Nilufər Lətif və rəyçisi Tariyel Əhmədova ünvanladığı “Təşəkkürnamə”ləri Səfir Alim Bayel, BTMİF aparat rəhbəri Fəxri Valehoğlu, Prof.Dr. Fuad Məmmədov və Sayat Kamşıger sahiblərinə təqdim edib.

Təqdimat mərasimi göstərdi ki, “Qarabağ” kitabı Azərbaycan həqiqətlərinin Qazaxıstanda, Türküstanda bədii ifadəsi kimi özünəxas ədəbi-siyasi, mənəvi önəm daşıyır və bu kimi təqdimatlar ortaq mədəni yaddaşın möhkəmləndirilməsi yönündə əhəmiyyətli iş kimi qiymətləndirilir.
Tədbir iştirakçılar arasında fikir mübadiləsi və xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.

Zərifə HÜSEYNOVA
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:164
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Aprel 2026 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see316

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see313

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see291

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see288

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see271

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see264

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see259

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see258

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see246

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see245

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see239

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see228

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see223

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see218

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see217

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see205

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see198

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see194

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see193

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri