Icma.az
close
up
RU
Qazax və qırğız aşıqları Parisdə oxudular

Qazax və qırğız aşıqları Parisdə oxudular

Icma.az bildirir, Bakupost portalına istinadən.


2025-ci il mayın 17-də YUNESKO-nun Parisdəki Baş qərargahında tarixdə ilk dəfə olaraq beynəlxalq Aytış/Aytıs – qazax və qırğız aşıqlarının iştirakı ilə keçirilən ənənəvi improvizasiya poeziya dueli baş tutub. Bu tədbir Aytış/Aytısın YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə təşkil olunub. Tədbirdə Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndəliyi də tədbirdə iştirak edib.

Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, mədəni mərasim Qazaxıstan və Qırğız Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliklərinin birgə təşkilatçılığı ilə ərsəyə gəlib və hər iki xalq arasında dərin köklərə söykənən qardaşlıq münasibətlərinin və ortaq mədəni irsin bayramı kimi qeyd olunub.

Fransa və Avropanın müxtəlif ölkələrində yaşayan qazax və qırğız icmaları üçün tədbir, söz ustadlarının canlı improvizasiyasını izləmək fürsətinə çevrilib.

Hazırda ölkələrinin parlament üzvləri olan tanınmış aşıqlar - Amanjol Altay (Qazaxıstan) və Mirlan Samıykojo (Qırğızıstan) Aytışın aparıcısı qismində tədbirin ruhuna uyğun şəkildə poeziya duellərinə rəhbərlik ediblər. Münsiflər heyətini Qazaxıstan Məclisinin deputatları Nurtay Sabilyanov və Janarbek Aşimjan, Qırğız Respublikasının Joqorku Keneşinin deputatı Şayırbek Taşiyev, “Manas” Teatrının direktoru Nurbek Talantbekov və digər tanınmış şəxslər təşkil ediblər.

Dörd rəqabətli və gərgin poeziya dueli keçirilib. Duel cütlükləri püşkatma yolu ilə müəyyən edilib, qaliblər isə münsiflər heyətinin açıq səsverməsi əsasında müəyyən olunub. “Qoş bəyge” (bölüşdürülmüş mükafat) prinsipinə əsasən, Qran-pri Aybek Kaliyev və Azamat Bolgonbayevə təqdim olunub. I yer diplomlarına Didar Kamiev və Akmatbek Sultan oğlu, II yerə Meyirbek Sultanxan və Amantay Kutmanaliyev, III yerə isə Abay Jolmagambetov və Maksat Kuluyev layiq görülüblər.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovanın adından ortaq türk irsini çıxışlarında ustalıqla əks etdirdiklərinə görə Borıbay Orazımbet və Akmatbek Sultan oğluna Fəxri sertifikatlar təqdim edilib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:277
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 19 May 2025 21:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see393

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see383

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see336

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see311

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see305

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see244

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see244

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see242

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see239

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see219

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see213

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see210

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see206

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see202

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see201

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see201

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see197

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see197

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see190

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri