Qazaxda eyni yollar 2 il sonra yenə təmir olunur 674 min 949 manat 5 qəpik ayrıldı
Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
Qazax Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, müsabiqənin qalibi “Azərtranss” MMC (VÖEN – 4200338081) olub.
Qeyd edək ki, İcra Hakimiyyəti Qazax şəhərində Bakı və Əliağa Şıxlinski küçələrində yolların əsaslı təmiri işləri üçün “Azərtranss” MMC-yə 674 min 949 manat 5 qəpik ödəyəcək.
Tender müsabiqəsində diqqət çəkən məqam odur ki, Qazax şəhərində təmir olunması nəzərdə tutulan Bakı və Əliağa Şıxlinski küçələrində cəmi 2 il əvvəl təmir işləri həyata keçirilib.
Xatırladaq ki, 2023-cü ilin 11 iyul tarixində Qazax rayon İcra Hakimiyyətinin açıqladığı məlumatda adı keçən küçələrdə təmir işlərinin həyata keçirildiyi göstərilib.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Qazaxda 2 maşın toqquşdu
26 İyul 2025 20:08
Qazaxda 2 narkokuryer saxlanıldı FOTOLAR
22 Fevral 2025 18:00
Qazaxda 5 aylıq körpü öldü
20 İyul 2025 17:41
Qazaxda narkokuryerdən 2 kqa yaxın heroin götürülüb
30 Noyabr 2024 09:25
Qazaxda 2 mərtəbəli evdə yanğın olub VİDEO
27 Fevral 2025 15:34
Baxış sayı:97
Bu xəbər 07 Avqust 2025 11:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















