Icma.az
close
up
RU
Qazaxda II Regional Pedaqoji İnnovasiyalar Forumu keçirilib

Qazaxda II Regional Pedaqoji İnnovasiyalar Forumu keçirilib

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qazax, 25 yanvar, Ruslan Novruzoğlu, AZƏRTAC

ADA Universitetinin Qazax Mərkəzində artıq ənənə halını alan Regional Pedaqoji İnnovasiyalar Forumu keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir ziyalıları, regional təhsil nümayəndələrini, ADA Universitetinin, onun Qazax Mərkəzinin və ADA Məktəbinin pedaqoqlarını bir araya gətirib.

Təhsil tariximizin dəyərlərindən ilhamlanaraq maarifpərvərlər beşiyi olan Qazaxda keçirilən tədbir müasir pedaqoji problemlərə innovativ yanaşmaları irəli sürmək məqsədi daşıyıb. Səmərəli təcrübələri region müəllimləri ilə bölüşmək də tədbirin əsas məqsədlərindən biridir.

İkinci Regional İnnovasiyalar Forumunda təlim-tədrisin keçmişi, qorunan ənənələr müzakirə edilib, təhsilin gələcəyinə nəzər salınıb.

ADA Universitetinin prorektoru, Qazax Müəllimlər Seminariyasının İdarə Heyətinin üzvü Vəfa Kazdal çıxış edərək bildirib ki, irəli sürülən ideya və yanaşmalar təhsil sahəsindəki uğurlarımıza və qarşılaşdığımız çətinliklərin həllinə fərqli bucaqdan baxmağa kömək edəcək. Müzakirələrin sonunda isə yeni fikirlər, praktiki üsullar ortaya çıxacaq.

Azərbaycan Dillər Universitetinin prorektoru Jalə Qəribova çıxışında Azərbaycanlılıq və azərbaycançılıq anlayışlarının milli kimliyin qorunmasındakı roluna toxunub.

Çıxışçı dilimizin milli ideologiyanın əsas daşıyıcısı olduğunu söyləyib. Əlavə edib ki, təhsildə azərbaycançılıq məfkurəsi gəncləri tarixi keçmişi anlayaraq qlobal mühitdə milli kimliklərini qorumağa təşviq edir.

Təqdimat, sual-cavab sessiyaları ilə davam edən forumda Mingəçevir, Füzuli, Laçın, Ağstafa və digər bölgələrdən pedaqoqlar fikir mübadiləsi aparıblar. Onlar şagirdlərin yaradıcı düşüncə tərzinin inkişafında müasir məktəb idarəçiliyinin rolu, inklüziv təhsilin tədris mühitinə təsiri mövzularını müzakirə ediblər.

Tədbir məlumat əsaslı strategiyalar və texnologiyalar vasitəsilə təhsilin dəstəklənməsinə dair təqdimatlarla davam edib.

Layihə və praktika əsaslı tədris ilə müasir, bacarıqlı şagirdlərin yetişdirilməsi metodları da təhlil olunub.

Pedaqoqlar təhsilin inkişafı üçün müəllimlərin də peşəkar inkişaf təlimlərinə cəlb olunmalarının vacibliyini vurğulayıblar. Region məktəblərində problemin həlli yönümlü yanaşma, tədqiqat ənənəsinin təşviqi və innovasiyaların tətbiqi xüsusi vurğulanıb.

Qeyd edək ki, Regional Pedaqoji İnnovasiyalar Forumunun mədəni proqramı çərçivəsində tanınmış kinorejissor, Xalq artisti Oqtay Mirqasımovun “Qisas almadan ölmə. Keçmişdən məktublar” filminin nümayişi olub.

Film barədə məlumat verən rejissor filmin İkinci Dünya müharibəsi illərində Azərbaycandan deportasiya edilən alman koloniyaçıların taleyinə həsr olunduğunu bildirib.

Oqtay Mirqasımov izləyicilərin tədrisdə incəsənətin tətbiqinə dair suallarını cavablandırıb.

Qeyd edək ki, ADA Universitetinin Gəncədə yeni proqramı başlayıb. Proqram Universitetin Qazax Mərkəzinin magistr məzunları, “Bir müəllimin manifesti” proqramının iştirakçıları və regional müəllimlər üçün nəzərdə tutulub. Bu yeni proqram məktəblilərin zehni sağlamlığını dəstəkləmək üçün müəllimlərin peşəkar bacarıqlarının inkişafını nəzərdə tutur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Yanvar 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri