Qazaxda onlayn qumar oynayan şəxs cərimə olundu
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qazax rayonunda qumar oynayan şəxs inzibati məsuliyyətə cəlb olunub.
1996-cı il təvəllüdlü Əkbər Vəliyev (ad-soyad şərti verilib – red.) Qazax rayonu ərazisində “fastloto365.com” saytına daxil olaraq onlayn kazino oyunları oynayıb.
Məlum olub ki, Vəliyev 2025-ci ilin iyun ayından qanunsuz onlayn qumar oyunları oynayıb.
Həmin il iyun ayının əvvəllərindən "WhatsApp" tətbiqində olan onlayn kazino kod və link satışı səhifələrinin mövcudluğundan xəbər tutub. Bu qanunsuz onlayn kazino oyunlarında iştirak etmək qərarına gəlib. “WhatsApp” tətbiqində kontaktda adını “K” kimi qeyd etdiyi onlayn kazino səhifəsinə onlayn qumar oynamaq istədiyini yazıb, ona kart göndərmələrini istəytib.
“Cənub” kazinonun bank hesabına pul vəsaitləri köçürüb. Onlar da Vəliyevə kodlar, "fastloto365.com" və bu kimi linklər atıblar. O, da bu kod və “fastloto365.com” linki vasitəsilə onlayn kazino oyunlarını oynaya bilib. Kazino oyunlarında uduş tamamilə təsadüf və qeyri-müəyyənlikdən ibarət olub.
Bu onlayn kazino oyunlarına hissə-hissə olmaqla ümumilikdə 500 manat pul vəsaiti qoyub vəvəsaitlərin 300 manatını uduzub.
Sonuncu dəfə “Cənub” adlı onlayn qumar səhifəsindən pul köçürmə nəticəsində göndərilən link və kod vasitəsilə kazino oyunu oynayıb, 12 manat uduzub. Udduğu pulları isə göndərilən bank hesabına köçürüb.
Qazax Rayon Məhkəməsinin qərarı ilə Vəliyev 3 min manat cərimə olunub.
(Teleqraf)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 31 Dekabr 2025 18:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















