Qazaxda sərhəd əməliyyatı: Saxta pasportla Türkiyə vətəndaşı saxlanıldı
News24 portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Saxta pasportla Gürcüstana keçmək istəyən Türkiyə vətəndaşı Qazaxda saxlanılıb.
News24.az “Qafqazinfo”-ya istinadla xəbər verir ki, 34 yaşlı İ.Çalımın öz ölkəsində cinayət törətdiyi məlum olub.
Türkiyədə qəssab işləmiş Çalım məsuliyyətdən yayınmaq məqsədilə Naxçıvan şəhər sakini ilə əlaqə yaradıb. O, ötən il 1500 manat müqabilində maşının baqajında Azərbaycana keçirilib, bir müddət Bakıda kirayədə yaşayıb.
Qəssab daha sonra saxta pasportla Azərbaycandan Gürcüstana getmək istəyib. Lakin “Qırmızı Körpü” sərhəd buraxılış məntəqəsində yoxlama zamanı sərhədçilər tərəfindən saxlanılıb. Ona qarşı dövlət sərhədini qanunsuz keçməyə cəhd və saxta sənədlərdən istifadə maddələri üzrə cinayət işi açılıb.
Qazax Rayon Məhkəməsi türkiyəli müttəhimin iki azyaşlı övladını və əvvəllər məhkumluğunun olmamasını nəzərə alıb. Hökmə əsasən, İ. Çalım 8 ay müddətinə azadlıqdan məhrum edilib.
Baxış sayı:61
Bu xəbər 13 Sentyabr 2025 17:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















