Icma.az
close
up
RU
Qazaxda Xalq şairi Osman Sarıvəlli doğum günündə məzarı başında yad edilib

Qazaxda Xalq şairi Osman Sarıvəlli doğum günündə məzarı başında yad edilib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Qazax, 17 dekabr, Ruslan Novruzoğlu, AZƏRTAC

Xalq şairi Osman Sarıvəlli (Osman Abdulla oğlu Qurbanov) doğum günündə məzarı başında yad edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qazax Rayon İcra Hakimiyyəti və Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin birgə təşkilatçılığı ilə Osman Sarıvəllinin anadan olmasının 120 illiyi münasibətilə İkinci Şıxlı kəndində şairin məzarı başında keçirilən “Poeziya saatı”nda Osman Sarıvəlli sözünə, şeiriyyətinə, poeziyasına, şəxsiyyətinə dəyər, qiymət verənlər onun yaradıcılığından söhbət açıb, ünvanına səmimi ürək sözlərini səsləndiriblər.

Öncə şairin və onunla birgə eyni qəbiristanlıqda uyuyan övladlarının məzarı üstünə tər qərənfillər düzülüb, əziz xatirələri ehtiramla anılıb.

Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal O.Sarıvəllinin həyat və yaradıcılığı barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Qeyd edilib ki, Osman Sarıvəlli 1905-ci il dekabrın 17-də Qazax rayonunun İkinci Şıxlı (Sarıvəlli) kəndində anadan olub. Orta təhsilini Qazax Müəllimlər Seminariyasında aldıqdan sonra bir müddət Göyçay rayonunun Qaraməryəm və Bığır kənd məktəblərində müəllim işləyib (1926–1929). Təhsilini artırmaq məqsədilə Moskvaya gedib və orada Dövlət Universitetinin filologiya fakültəsində oxuyub (1929–1932). 1937-ci ildə Azərbaycan Yazıçılar İttifaqına üzv olub. Bakı Pedaqoji Texnikumunda müəllim (1932–1935), Bakı Teatr Texnikumunda müdir (1939–1940), Azərbaycan Elmlər Akademiyasə Nizami adına Dil və Ədəbiyyat İnstitutunda müdir müavini, "Ədəbiyyat qəzeti"nin redaktoru, “Uşaqgəncnəşr”də redaktor, Azərbaycan Yazıçılar İttifaqında şeir üzrə məsləhətçi vəzifələrində işləyib. 1990-cı il iyulun 2-də Bakıda vəfat edib və doğulduğu İkinci Şıxlı kəndində dəfn edilib.

Bildirib ki, Osman Sarıvəlli ədəbi yaradıcılığına 1933-cü ildə başlayıb. Həmin ildə "Gənc işçi" qəzetində "Ayaqsız" adlı ilk şeiri çap olunub. Osman Sarıvəllinin "Dəmir sətirlərim" adlanan birinci kitabı 1934-cü ildə işıq üzü görüb. Şairin təltif və mükafatlarını qeyd edən B.Vüsal bildirib ki, O.Sarıvəlli "Azərbaycan SSR xalq şairi" fəxri adına, "Oktyabr inqilabı", "Qırmızı əmək bayrağı", "Xalqlar Dostluğu", "Şərəf nişanı" ordenlərinə, "Əməkdə fərqlənməyə görə" medalına layiq görülüb. B.Vüsal Xalq şairinin “Dəmir sətirlərim”, “Bənövşə”, “Şairin hədiyyəsi”, “Gətir, oğlum, gətir”, “Gənclik eşqi”, “Bahar çiçəkləri”, “Yeni dünyanın qapısı”, “İqlimdən-iqlimə”, “Sabahı yaradanlar”, “Seçilmiş əsərləri” (üç cilddə), “Hər kim yüz il yaşamasa”, “Mən sabaha gedirəm”, “Kür qırağında”, “Aşıq ürəkli şair, şair ürəkli Aşıq Şəmşir”, “Qüdrətli şair, ustad sənətkar” adlı kitabların müəllifi olduğunu diqqətə çatdırıb.

İllər ötsə də, böyük şairin hər zaman ehtiramla anıldığını, əziz xatirəsinin daim qəlblərdə yaşadığı bildirilib. Gənc yazarların bu gün də həmin poeziyadan bəhrələndiyi qeyd edilib. Azərbaycan poeziyasında yeni mərhələnin açılmasında Osman Sarıvəllinin danılmaz xidmətləri olduğu vurğulanıb. Bildirilib ki, O.Sarıvəlli Azərbaycanın, doğma Qazaxın adını, şərəfini, şöhrətini öz əsərləri ilə hər zaman uca tutub, yaşadıb.

Tədbirdə Xalq şairinə həsr olunmuş, eləcə də özünün vaxtilə qələmə aldığı şeirləri səsləndirilib.

Aşıq Saqif Məzəmli Xalq şairinin şeirini saz havası üstə təqdim edərək əziz xatirəsini ehtiramla anıb.

-1 / 6

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Dekabr 2025 20:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see298

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see296

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see281

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see251

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see242

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see233

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see228

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see199

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see197

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see193

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see174

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see162

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see157

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see155

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see155

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see150

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see149

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see148

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see145

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri