Icma.az
close
up
RU
Qazaxdan Araza qədər yol belə açılacaq: Laçından Ermənistanın içərisinə olan yol isə...

Qazaxdan Araza qədər yol belə açılacaq: Laçından Ermənistanın içərisinə olan yol isə...

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Regional kommunikasiyaların açılması ilə bağlı erməni tərəfi qarşılıqlı məqbul həll yoluna yaxınlaşdıqlarını açıqlamışdı. Qarşılıqlı həll yolu dedikdə nələr nəzərdə tutulur?

- Nikol Paşinyan kommunikasiya xətlərinin açılmasına fərqli istiqamətdən başlamağın mümkünlüyünü gündəmə gətirmişdi. O iddia edirdi ki, ilk növbədə Qazax-İcevan dəmir yolu açılsın. Eyni zamanda şosse yolları ilə bağlı da təkliflərinin olduğunu demişdi. Qazaxdan Araz çayına qədər olan avtomobil yollarının açılmasından danışılırdı. Həmçinin Laçından Ermənistanın içərisinə doğru gedən bir yolun açılması da iddia edilirdi.

- Görünən odur ki, qarşı tərəf heç bir halda Zəngəzur dəhlizinə yaxınlaşmaq iddiasında deyil...

- Reallıq odur ki, Ermənistan tərəfi Zəngəzur dəhlizindən keçməsi nəzərdə tutulan dəmir yolu xəttinin üzərinə gəlmək istəmir. Fakt Zəngəzurdan keçən dəmir yolu ilə yüklərin böyük hissəsini daşımaq mümkündür. Vaxtilə bu dəmir yolu birbaşa İrəvana qədər gedirdi.

- Qazax-İcevan dəmir yolunun açılması bölgə üçün nə vəd edir?

- Bu yol Azərbaycanla Ermənistan üçün yetərli sayılacaq səviyyədədir. Amma Türkiyə və türk dünyasına çıxış üçün bu yol heç bir perspektiv vəd etmir.

- İndiki halda Zəngəzur dəhlizi ətrafında vəziyyət nə dərəcədə ürəkaçandır?

- Ermənistan tərəfi artıq bu dəhlizin açılmasına “hə” deyib. Avropa İqtisadi İnkişaf Bankı dəhlizin açılması ilə bağlı Ermənistana 342 milyon avro kredit ayırıb. Belə olan halda məsələnin həlli üçün heç nə qalmır.

- Dəhlizə nəzarət mexanizmi necə olacaq?

- Pulu verən sözsüz ki, dəhlizə nəzarət etmək istəyəcək. Burada maraqlı olan beynəlxalq təşkilatlar hansısa korporasiyanın nəzarətində dəhlizin açılmasının mümkünlüyünü zaman-zaman gündəmə gətirib.

- Rusiyanın bu məsələyə yanaşması necə ola bilər?

- Sözsüz ki, Moskva bu məsələdə geri addım atmayacaq. Kreml dəhlizin açılması üçün pul xərcləməsə belə nəzarəti heç kəsə vermək niyyətində deyil. Çünki ərazidə hələ də Rusiyanın sərhəd qoşunları var. Moskva öz əsgərləri ilə dəhlizə nəzarəti həyata keçirəcəyi iddiasını ortaya qoyub. Burada Kremlin strateji maraqları da var.

- Bakı ilə İrəvan arasında sülh danışıqlarında iki bənd üzrə razılaşdırılmamış məsələnin qaldığı iddia edilirdi. Bunlar hansı məsələlər ola bilər?

- Erməni tərəfi heç bir əsas olmadan Azərbaycandan Avropa Məhkəməsinə şikayət edib. İddia ediblər ki, guya Azərbaycan Ermənistan torpaqlarına daxil olub. İlkin olaraq Ermənistan bu yalan iddiadan imtina etməlidir. Digər məsələ Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan əsasız ərazi iddialarıdır. SSRİ dağıldıqdan sonra Ermənistan müstəqillik bəyannaməsində Azərbaycana qarşı ərazi iddialarını əks etdirən məqamlar yer alıb. Amma bütün bunlara baxmayaraq Ermənistan tərəfi bu ilin sonuna kimi Azərbaycanla sülh müqaviləsi imzalamaq istəyir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 18 Noyabr 2024 21:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see184

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see136

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see130

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see130

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see128

“Erməni kilsəsi milli siyasi manipulyasiya mərkəzi olub”

23 Dekabr 2025 10:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri