Qazaxın 4 kəndində sərhəd xidmətinin yeni bölmələri yaradılacaq
Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan sərhədçiləri gecə-gündüz, istidə-soyuqda daim xidmət başındadır. Dövlət Sərhəd Xidmətinin (DSX) təşkil etdiyi mediaturun növbəti dayanacağı Qazax rayonunun Xeyrimli kəndində yerləşən sərhəd döyüş məntəqəsidir.
“Hazırda burada xidmət üçün müvəqqəti konteynerlər yerləşdirilib”.
Gununsesi.info xəbər verir ki, bunu DSX rəisinin müavini – Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov bildirib.
“Gələcəkdə Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərində sərhəd xidmətinin tam müasir standartlara cavab verən yeni bölmələrinin qurulacağı planlaşdırılır”, – deyə Araz Məmmədov vurğulayıb.
Baxış sayı:107
Bu xəbər 22 Noyabr 2024 17:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















