Qazaxın işğaldan azad olunan 4 kəndi... Səməd Seyidov
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Qazaxın işğaldan azad olunan 4 kəndi də yüksək səviyyədə bərpa olunacaq”.
Globalinfo.az xəbər verir ki, bunu deputat Səməd Seyidov Milli Məclisin bu gün keçirilən plenar iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı bildirib.
“Xarici siyasət həmişə daxili siyasətin məntiqi davamıdır. Bu gün Qazaxın 4 kəndi işğaldan azad edilib. Bilirəm ki, hökumət bu istiqamətdə işlər görür. Bu kəndlər də yüksək səviyyədə bərpa olunacaqlar.
Təbii ki, Qazaxda da problemlər var. Bəzi yollar asfaltsızdır. Maliyyə ili yekunlaşdığına görə maliyyə ayrılmadı. Gözəl işlərin yanında bu xırda problemlər də öz həllini tapmalıdır. Hökumətdən bu məsələlərin də həll edilməsini xahiş edirəm”, – deyə deputat bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 26 Noyabr 2024 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















