Qazaxıstan 17 su anbarının tikintisi üçün 2,7 milyard dollar alacaq
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Astana, 12 may, AZƏRTAC
Qazaxıstanda 17 su anbarının tikintisi planlaşdırılır.
AZƏRTAC “Kazinform”a istinadla xəbər verir ki, bu barədə Qazaxıstanın su təsərrüfatı və irriqasiya naziri Nurjan Nurjigitov bildirib.
Onun sözlərinə görə, qarşıda duran işlərin miqyası və ərazidə tələb olunan əsaslı vəsait qoyuluşunun həcmi nəzərə alınaraq investorların cəlb edilməsi istiqamətində fəal iş aparılır.
“Bu gün ümumilikdə 2,7 milyard ABŞ dolları məbləğində kredit və qrant ayrılması üçün İslam İnkişaf Bankının İdarə Heyətinin razılığı var. Layihənin iki mərhələdə həyata keçirilməsi planlaşdırılır”, - deyə nazir bildirib.
Bundan əlavə, uzunluğu 5 min kilometrdən artıq olan suvarma kanallarının müasirləşdirilməsi nəzərdə tutulur.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 12 May 2025 18:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















