Qazaxıstan AZALın qara qutularının məlumatları ilə bağlı açıqlama yaydı
Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.
Qazaxıstanın Nəqliyyat Nazirliyi Aktauda qəzaya uğrayan təyyarənin uçuş registratorlarından şifrələnmiş məlumatların öyrənilməsinə başlandığını elan edib.
"Unikal" xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.
"Yaxın günlərdə qəzanın təhqiqat komissiyasının üzvlərinin Astanaya uçuş registratorlarının (qara qutular) şifrəsi açılmış materialları ilə gəlməsi gözlənilir”, - deyə nazirlikdən bildirilib.
Daha əvvəl bildirilmişdi ki, Təyyarə Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzi (CENIPA) təyyarənin qara qutularından alınan məlumatların təhlilini başa çatdırıb. Aktau yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin registratorlarından uçuş məlumatları çıxarılıb. Bildirilib ki, “Embraer-190” təyyarəsindən məlumatlar qəzanı araşdıran Qazaxıstan orqanlarına göndərilib.
Gülayə Mecid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 07 Yanvar 2025 13:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















