Qazaxıstan Bakı Ceyhandan imtina etdi, Rusiyadan göndərir... Səbəb
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı-Tiflis-Ceyhan boru kəməri ilə axan neftin üzvi xlorlarla çirklənməsi aşkar edildikdən sonra Qazaxıstan xam neftini Rusiya ərazisindən keçən Xəzər Boru Kəməri Konsorsiumuna (CPC) istiqamətləndirir.
Axar.az xəbər verir ki, bu barədə “S&P Global Commodities at Sea” məlumat yayıb.
Xatırladılıb ki, iyulun 24-də BTC operatoru BP-nin Türkiyənin Ceyhan terminalında neft çənlərində yoxlama apararkən orqanik xlor aşkar etdiyi barədə məlumat yayılıb. “Azəri Layt” markalı neft tankerində də çirklənmə aşkar edilib.
Bu insident 1800 km-lik BTC boru kəməri ilə Qazaxıstan və Türkmənistandan tədarüklərə təsir edən fors-major iddialarına səbəb olub. Nəticədə, iyulun sonundan etibarən hər iki ölkədən Xəzər dənizindən boru kəmərinə daşınmalar faktiki olaraq dayandırılıb və Qazaxıstanı Rusiyanın cənubundan keçən boru kəmərinə daha çox etibar etməyə məcbur edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 15 Avqust 2025 21:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















