Qazaxıstan BMT nin Kibercinayətkarlıq üzrə Konvensiyasını imzaladı
Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qazaxıstan BMT-nin Kibercinayətkarlıq üzrə Konvensiyasını imzalayıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Qazaxıstanın daxili işlər nazirinin birinci müavini, polis general-mayoru Bauyrjan Alenovun rəhbərlik etdiyi nümayəndə heyəti Vyetnamın paytaxtı Hanoyda BMT-nin Kibercinayətkarlıq üzrə Konvensiyasının imzalanma mərasimində iştirak edib.
Bu sənəd informasiya və kommunikasiya texnologiyaları sahəsində cinayətlərlə mübarizədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və qlobal kibertəhlükəsizlik səviyyəsinin artırılmasına yönəlib.
Konvensiya layihəsinin hazırlanması zamanı Qazaxıstan tərəfi milli maraqlara riayət edərək dövlətlər arasında qarşılıqlı fəaliyyət üçün effektiv mexanizmlərin formalaşdırılması ilə bağlı təkliflər irəli sürərək prosesdə fəal işləyib. Bu, Qazaxıstanda rəqəmsal təhlükəsizliyi təmin edəcək və kibertəhdidlərə qarşı mübarizə üçün milli sistemi təkmilləşdirəcək.
Mehman Mehdiyev
Bu mövzuda digər xəbərlər:Hanoyda BMT nin kibercinayətkarlıq haqqında paktı imzalanacaq
22 Oktyabr 2025 11:29
İran BMT nin terrorun maliyyələşdirilməsinə qarşı konvensiyasını ratifikasiya edib
22 Oktyabr 2025 16:21
Zelenski: Rusiyanın “memorandumu” Vyana Konvensiyasını pozur
04 İyun 2025 21:38
Kibercinayətkarlıq: Bazar təfəkkürlü dələduzlar
09 Sentyabr 2025 19:03
Kambocada kibercinayətkarlıq cənnəti tapıldı
03 Avqust 2025 22:49
Baxış sayı:57
Bu xəbər 27 Oktyabr 2025 21:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















